Azərbaycan millisinin Slovakiya ilə oyunda böyük hesablı məğlubiyyəti geniş müzakirələrə səbəb olub.
Realpress.az xəbər verir ki, matçla bağlı ən kəskin tənqidlərdən birini "CBC Sport" kanalının şərhçisi Rüstəm Əfsərli edib.
Şərhçi millinin meydançada mübarizə aparmadığını vurğulayıb:
"Niyə şərhçi futbolçuların yerinə çıxıb üzr istəməlidir? Üzr istəməli olanlar futbolu, məşqçi və məşqçilər korpusudur. Sən kimə olur olsun bu cür 1:5 hesabı ilə uduzursansa, üzün qapqara olmalıdır. Başqa heç bir bəhanə qəbul edilməzdir".
"CBC Sport" kanalının şərhçisi Rüstəm Əfsərlinin bu sözləri qısa zamanda sosial şəbəkələrdə böyük marağa səbəb olub. Onun bu şərhinin videosu hazırda minlərlə baxış toplayır və izlənmə rekordları qırır.
Qeyd edək ki, Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Slovakiya ilə qarşılaşıb. Qarşılaşmadan qonaqlar 1:5 hesablı qələbə ilə ayrılıb.
Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.
Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.