Polis gücləndirilmiş rejimə keçir - “Son zəng”ə görə

Polis gücləndirilmiş rejimə keçir - “Son zəng”ə görə
13 İyun 2019 09:05


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, eləcə də, rayon Dövlət Yol Polisi Şöbələri “Son zəng” günü gücləndirilmiş iş rejimində çalışacaq.

Realpress.az-ın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Təsdiq olunmuş plana əsasən, bütün orta məktəblərin giriş qapısına dörd bənddən ibarət xəbərdarlıq müraciətləri vurulub.

Müraciətdə məzunlara və onların valideynlərinə xəbərdarlıq olunur:

“Son zəng günü valideynlər öz avtomobillərini məzunlara həvalə etməsinlər. Məzunlar da valideynlərinin, yaxın qohumlarının icazəsi olub-olmadan onların avtomobilini götürüb küçələrdə idarə etməsinlər. Bu onların inzibati məsuliyyətə cəlb olunmasına səbəb olacaq”.

Bundan başqa, Bakı şəhərinin orta məktəblərinin əksəriyyətində həm Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, həm də rayon yol polisi şöbələrinin əməkdaşları son zəng tədbirlərində iştirak edərkən onlara DYP rəhbərliyinin təbriklərini çatdıracaq, eləcə də, yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici təbliğat xarakterli söhbətlərin aparılması nəzərdə tutulub. 

“DYP valideynlər və məzunların diqqətinə çatdırır ki, son zəng günü bütün məktəblərin ərazisi yol polisi əməkdaşları tərəfindən nəzarətə götürüləcək və hər hansı neqativ hala yol verildikdə dərhal müvafiq addımlar atılacaq.

Sürücü və piyadalara tövsiyə olunur ki, yol hərəkəti qaydalarına riayət etsinlər və son zəng tədbirlərinin təhlükəsiz şəkildə başa çatmasına töhfə versinlər”, - məlumatda deyilir.


3 İyul 2020
Cəmiyyət

Prezidentin köməkçisindən 190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA

“Narıncı zonaya daxil olan ərazilərdə 190 manatın verilməsinə başlanılacaq”.

3 İyul 2020
Cəmiyyət

SMS icazə sistemində yenilik edildi - RƏSMİ

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib”. 

3 İyul 2020
Cəmiyyət

85 min nəfərin icazəsi ləğv edildi - RƏSMİ

“İki həftəlik karantin rejimi dövründə 66 minə yaxın müraciət daxil olub”.

3 İyul 2020
Cəmiyyət

Süni tənəffüz cihazına qoşulan koronavirus xəstələrinin sayı bilindi

“Hazırda aktiv xəstələrdən 59 nəfəri süni tənəffüs cihazına qoşulu vəziyyətdədir. 267 nəfər isə reanimasiya şöbəsində müalicə alır”.