Masazırdakı bıçaqlanma kameraya düşdü - VİDEO

Masazırdakı bıçaqlanma kameraya düşdü - VİDEO
17 İyun 2019 14:41


Realpress.az iyunun 14-də gecə saatlarında Abşeron rayonunun Masazır qəsəbəsində baş vermiş bıçaqlanma hadisəsinin videogörüntüsünü əldə edib.

İnsident nəticəsində 1995-ci il təvəllüdlü yerli sakin Ağayev İsmayıl Şirvan oğlu ağır yaralanıb.

Artıq insidentin bəzi təfsilatları məlum olub. Bu barədə realpress.az-a zərərçəkənin qardaşı İslam Ağayev açıqlama verib.

Onun sözlərinə görə, bundan əvvəl yerli KİV-də İsmayıl Ağayevin öz qardaşı tərəfindən bıçaqlandığı və birincinin ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıldığı barədə məlumat verilir. Lakin bu informasiya həqiqəti əks etdirmir. Belə ki, İsmayıl Ağayevi qardaşı yox, tanışı yaralayıb. Tanışı aralarında düşən dava əsnasında ona biri qarın nahiyəsinə olmaqla dörd bıçaq xəsarəti yetirib. Cinayətkar hadisəni törətdikdən sonra ərazidən qaçıb.

“Bizim şübhəlinin saxlanılıb-saxlanılmaması barədə hər hansı məlumatımız yoxdur. Polisə şikayət etməmişik, qoy qardaşım özü qərar versin. Həkimlərin dediyinə görə, hazırda vəziyyəti sabitdir. Onu bu gün reanimasiyadan palataya köçürəcəklər”, - İslam Ağayev bildirib.

İddiaya görə, tərəflər arasında dava İsmayıl Ağayevin öz dostunun müdafiəsinə qalxmasına görə düşüb. Gecə yaşanan qarşıdurma “Limon” mağazasının müşahidə kamerasının obyektivinə tuş gəlib. Kadrlarda cinayətkarın hadisə yerini tərk etdiyini və bir müddət sonra yoldan keçən avtomobillərdən birinin qan içində olan İ.Ağayevin yanında saxladığını görmək olur. Ancaq sürücü ilkin yardım göstərməyib və yoluna davam edib.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.