MN şöbə müdiri: Şəhidimizə verdiyimiz qiymət erməniləri şoka saldı

MN şöbə müdiri: Şəhidimizə verdiyimiz qiymət erməniləri şoka saldı
20 İyun 2019 15:38


Aprel döyüşlərində Ermənistan ordusunda vəziyyətin acınacaqlı olduğuna bir daha şahid olduq.

Realpress.az-ın məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin (MN) şöbə müdiri Rauf Dəmirov deyib.

R.Dəmirov Aprel döyüşlərində düşmənin biabırçı vəziyyətdə olduğunu göstərən bir halla qarşılaşdıqlarını bildirib:

“Aprel döyüşlərində həlak olan erməni əsgərlərini qarşı tərəfə təhvil verəndə gördük ki, onlar cəsədləri sürüyə-sürüyə aparırlar. Biz bu hadisədən şoka düşdük. Çünki bu əsgərlər Ermənistan tərəfdən döyüşürdü. Amma bizim pilotlarımızın olduğu təyyarə vurulanda cəsədləri qarşı tərəfdən alarkən hərbi təzim edib, çiyin bərabərinə qaldırıb sıra addımı ilə avtomobilə qədər apardıq. Bu isə ermənilərdə böyük şok yaratdı. Bu, şəhidimizə verdiyimiz qiymət idi”.

Nazirlik rəsmisi qeyd edib ki, Ermənistan tərəfi ölkədə olan xaosu ört-basdır etmək üçün cəbhə xəttində təxribatlar törədir:

“Son zamanlar atəşkəs tez-tez pozulur. Azərbaycan Ordusu onlara layiqli cavab verir. Onlar başa düşürlər ki, Azərbaycan Ordusu istər silah baxımından, istərsə də şəxsi heyətin mənəvi-psixoloji hazırlığı baxımından erməni ordusundan qat-qat yüksəkdir”.


13 Noy 2019
Hərbi

Cəbhədə silahlar susmadı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

12 Noy 2019
Hərbi

Bu gündən təlimlər başlayır – Azərbaycan Ordusu yeni silahlardan atəş açacaq

Bu gündən təlimlər başlayır – Azərbaycan Ordusu yeni silahlardan atəş açacaq

11 Noy 2019
Hərbi

Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayır

Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayır

11 Noy 2019
Hərbi

Tərtər, Ağdam, Füzuli rayonlarında mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

2 Noy 2019
Hərbi

Dünyanın 10 ən güclü hərbi hava qüvvələri - SİYAHI

Dünyanın 10 ən güclü hərbi hava qüvvələri - SİYAHI