İnflyasiya olacaq? - Maliyyə nazirinin müavinindən açıqlama

İnflyasiya olacaq? - Maliyyə nazirinin müavinindən açıqlama
21 İyun 2019 13:09


İnflyasiyanın nəzarət altında saxlanılması çox vacibdir. Bu günə qədər hökumətin həyata keçirdiyi siyasət buna imkan yaradıb.

Realpress.az xəbər verir ki, bunu bu gün Maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinə dəyişiklik barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir müavini deyib ki, növbəti 2-3 ayda bu prosesin nəzarət altında saxlanılacağına ümid olunur:

“İlin axırına qədər inflyasiya göstəriciləri proqnozlaşdırılan rəqəmlərdən çox fərqli olmayacaq. Digər tərəfdən, Neft Fondu və digər mənbələrdən əlavə böyük transferlər tələb olunmur. Bu gün təqdim olunan iqtisadi paket 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər hesabına həyata keçirilir”.

Qeyd edək ki, qanun layihəsi parlamentin növbədənkənar sessiyasının iclasına tövsiyə edilib.


2 Dek 2019
İqtisadiyyat

Azərbaycandakı banklar xarici valyutada verdiyi kreditləri bahalaşdırıb

Azərbaycanda xarici valyuta ilə verilən kreditlər üzrə orta faiz dərəcəsi bu il noyabrın 1-nə 6,69% təşkil edib.

29 Noy 2019
İqtisadiyyat

Sabahdan Azərbaycana idxal edilən avtomobil benzininə 15 faiz gömrük rüsumu tətbiq ediləcək

Sabahdan Azərbaycana idxal edilən avtomobil benzininə 15 faiz gömrük rüsumu tətbiq ediləcək

27 Noy 2019
İqtisadiyyat

İcbari tibbi sığorta ilə bağlı — VACİB XƏBƏR - VİDEO

Dünyanın bir sıra inkişaf etmiş ölkələrində tətbiq olunmasına 5-10 il vaxt sərf olunan İcbari Tibbi Sığorta sisteminin Azərbaycanda gələn il mərhələli tətbiqi təklif edilib.

26 Noy 2019
İqtisadiyyat

Azərbaycanda avtomobil istehsalı artıb

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1880 minik avtomobili istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.