Qızıl medal Azərbaycanı Avropa Oyunlarında neçənci etdi?

Qızıl medal Azərbaycanı Avropa Oyunlarında neçənci etdi?
28 İyun 2019 16:39


Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında sərbəst güləşçilərimizin iki qızıl medal qazanması ilə millimiz sıralamada önə çıxıb.

Realpress.az xəbər verir ki, Azərbaycan millisinin aktivində hazırda 16 medalı var. 

Bunlardan ikisi qızıl, beşi gümüş və doqquzu bürünc medaldır. Hazırda millimiz 15-ci sırada qərarlaşıb. Ancaq Azərbaycan qazanılan medalların sayına görə yeddinci yerdədir.

Bu gün isə Azərbaycan millisinin daha yüksək sıraya qalxmaq ehtimalı var. Belə ki, qadın güləşçilərimizdən Mariya Stadnik və Elmira Qənbərova qızıl, Alyona Kolesnik və Səbirə Əliyeva bürünc medal qazana bilər.

Yeri gəlmişkən, hazırda medal sıralamasına Rusiya başçılıq edir. Şimal qonşularımızda medal sayı artıq 72-yə çatıb. Bunlardan 32-si qızıl, 16-sı gümüş, 24-ü bürünc medaldır.

Meydan sahibi Belarusun qazandığı 55 medalın 19-u qızıl, 13-ü gümüş, 23-ü bürüncdür. İtaliya isə artıq üçüncü sıraya yiyələnib. İtalyanların qazandığı 19 medaldan səkkizi qızıl, altısı gümüş və beşi bürüncdür.

Qonşu Gürcüstan beşinci, Türkiyə isə 26-cıdır.

Qeyd edək ki, ümumilikdə 50 ölkədən 38-nin təmsilçisi medal qazanıb.

Səbuhi Musayev

19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.