“QLED” televizorlarına tələbat artacaq

“QLED” televizorlarına tələbat artacaq
04 İyul 2019 16:25

Bu il televizorlar bazarında kvant pikselli (QLED TV) ekranlarla təchiz edilən modellərin satışında artım gözlənilir. “QLED” televizorlarına tələbatın artması ekran sahəsinin iştirakçılarına və elektronika istehsalçılarına müsbət təsir göstərəcək. “KB Securities” şirkətinin mütəxəssisləri belə düşünür.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, şirkətin analitiki Kim Donq-vonun proqnozuna görə, bu il “QLED” televizorlarının tədarükü əvvəl nəzərdə tutulduğundan yüksək olacaq. Onun qiymətləndirməsinə görə, 2019-cu ildə dünya bazarına təxminən 5,1 milyon “QLED” televizor çıxarılacaq ki, bu da ötənilki göstəricidən 88 faiz çoxdur.
 
Bundan başqa, “QLED TV” tədarük həcminə görə “OLED” modelləri xeyli üstələyəcək: “OLED” televizorların tədarükü 3,4 milyon ədəd səviyyəsində proqnozlaşdırılır. Həmçinin qeyd olunur ki, “QLED” televizorları 2018-ci ilin üçüncü rübündən rəqib “OLED” ekranlı qurğuları geridə qoyur.
 
Analitikin sözlərinə görə, “QLED” televizorlarının satışı bu qurğuların geniş çeşidini təmin edən və qiymətləri ucuzlaşdırmaqla onlara tələbatı stimullaşdıran “Samsung Electronics” şirkəti sayəsində artır.
 
Kim Donq-vonun fikrincə, “QLED” televizorlarının populyarlığı “Samsung Display”, “Samsung SDI” şirkətlərinə və “Hansol Chemical” və “Hansol Technics” kimi elektronika komponentləri istehsalçılarının maliyyə göstəricilərini yaxşılaşdırmağa imkan verəcək.
 
Qeyd edək ki, “QLED” əvvəllər “Quantum Dot” adlanan “Samsung” televizor istehsalı xəttinin adıdır. Bu abreviatura “OLED” – üzvi işıq diodlar texnologiyasına uyğun yaradılıb.
 
“Samsung” şirkəti tərəfindən kvant piksellər texnologiyası (QD) əsasında hazırlanan ekranlar ənənəvi maye-kristal (LCD) panellərdən yüksək kontrastlığı, az enerji sərf etməsi və rəngləri daha yaxşı ötürməsi ilə seçilir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, tərkibində kadmium olmayan ekoloji baxımdan təmiz materiallar texnologiyasından istifadə olunur.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.