Prezident İlham Əliyev xalq artisti Məmmədsəfa Qasımova üçotaqlı mənzil hədiyyə edib.
Realpress.az xəbər verir ki, bu barədə “lent.az”a aktyorun özü məlumat verib:
“Görünür, prezident həm mədəniyyət sahəsindəki əməyimi nəzərə alıb, həm də mənzil şəraitimi. Prezidentimizə bu diqqətinə və qayğısına görə çox təşəkkür edirəm”.
Məmmədsəfa Qasımov “Yuğ” teatrının aktyorudur. ADMİU-nin dosentidir. “Azərbaycanfilm”də onlarla filmdə çəkilib.
Milli Məclisin növbəti plenar iclası başlayıb.
Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.