ABŞ ordusu əlavə reallıq eynəyindən istifadə edəcək

ABŞ ordusu əlavə reallıq eynəyindən istifadə edəcək
05 İyul 2019 16:12

ABŞ Quru Qoşunları “The Integrated Visual Augmentation System” (IVAS – inteqrasiya edilmiş təkmilləşdirilmiş vizual müşahidə sistemi) sisteminin sınaqlarını keçirir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Regnum www.regnum.ru” resursuna istinadən yazır ki, eynək şəklində olan sistem hərbi qulluqçular üçün sintetik təlim mühiti yaratmağa imkan verən yüksək texnologiyalı qurğudur. O, məşqlərin xüsusi tədris mərkəzində keçirilməsi zəruriyyətini aradan qaldırır.
 
Mövcud vəziyyət, bina və ya ərazinin relyefi üzərinə, məsələn, terrorçu təşkilatların nümayəndələri şəklində əlavə informasiya yerləşdirilir. İstifadəçi rəylərinə görə, bu, “Call of Duty” üslubunda olan kompüter oyununa çox bənzəyir. Əlavə təsvir reallığa yaxın görünür.
 
Məşqlər aparıldıqdan sonra komandirlər “IVAS” tərəfindən qeydə alınan informasiya əsasında hərbçilərin səhvlərini və onların aradan qaldırılma yollarını nümayiş etdirə bilərlər. Sistem, həmçinin döyüş şəraitində istifadə oluna bilər. Bunun üçün operator silahının nişangahı eynəyə proyeksiya edilir. Eynəyin displeyinə, məsələn, sistemdən istifadə edən hərbçinin, eləcə də düşmənin harada olması barədə dinamik qeydlər daxil edilir.
 
ABŞ Müdafiə Nazirliyi və “Microsoft” şirkəti arasında “IVAS” sisteminə dair saziş 2018-ci ilin noyabrında imzalanıb. Sazişin ümumi məbləği 480 milyon dollar təşkil edir.

Realpress.az


18 Okt 2019
Maraqlı

Bu məşhurlara “Eurovision” qadağası qoyuldu - Siyahı

Bir neçə gün bundan əvvəl Ukrayna "Eurovision" mahnı müsabiqəsi ilə bağlı seçim qaydalarını yeniləyib. Qaydalara əsasən, 2014-cü ildən bugünə qədər Rusiyada səhnəyə çıxmış ifaçılar müsabiqəyə qatıla bilməz. Qərar Ukrayna və Rusiya KİV-lərində müzakirələrə səbəb olub, sosial şəbəkələrdə tənqidlərə məruz qalıb.

17 Okt 2019
Maraqlı

HarmonyOS Android ilə rəqabət apara biləcək

Huawei şirkətinin təsisçisi və general direktoru olan Ren Zhengfei, Fortune saytına müsahibə verib və həmin müsahibədə o, şirkətin HarmonyOS əməliyyat sistemi ilə bağlı gələcək planlarından danışıb. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, HarmonyOS avqust ayının əvvəlində təqdim edilmişdi. Məhz ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin qızğın vaxtında və ABŞ hökumətinin Huawei şirkətinə qarşı tətbiq etmiş olduğu sanksiyaların fonunda.