Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub.
“Report”un əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə polis general-mayoru Seyfulla Əzimov təyin edilib.
S.Əzimov bu təyinatadək Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.
2019-cu il 20 iyun tarixinədək Daxili İşlər nazirinin birinci müavini postunu Vilayət Eyvazov tutub.
DİN-in Mətbuat xidmətindən “Report”a faktı təsdiqləyiblər.
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.
Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.