Akademik: "Azərbaycan öz istəyinə nail oldu"

Akademik: "Azərbaycan öz istəyinə nail oldu"
08 İyul 2019 09:21

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi daha bir uğurdur.

Realpress.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, bu qərarın qəbul edilməsi Azərbaycanın UNESKO çərçivəsində apardığı gərgin fəaliyyət, eyni zamanda, ölkə rəhbərliyinin bu məsələyə ayırdığı xüsusi diqqətin nəticəsidir:

"Uzun müddətdir Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına daxil edilməsi istiqamətində iş aparılırdı. Çünki bunun üçün Ümumdünya İrs Komitəsi tərəfindən bir sıra şərtlər irəli sürülürdü. Sonunda ölkəmiz tərəfindən görülən işlər öz nəticəsini verdi və Azərbaycan öz istəyinə nail oldu.

Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması ilə bağlı qərarın UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində verilməsi isə xüsusi əhəmiyyət kəsb edir. Çünki İrs Komitəsinin sessiyasının Bakıda keçirilməsi Azərbaycana beynəlxalq aləmdə yüksək dəyər verilməsinin, eyni zamanda ölkəmizin ümumdünya mədəni irsinin qorunması istiqamətində gördüyü işlərin dünya tərəfindən qəbul olunmasının göstəricisidir".

Millət vəkili əlavə edib ki, Azərbaycan dövləti ölkəmizin mədəni abidələrinin qorunması istiqamətində ölkə xaricində də mühüm işlər həyata keçirir:

"Görülən bu işlər nəticəsində Azərbaycanın Dünya İrs Siyahısına daxil edilən abidələrinin sayı artmaqdadır. Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı oldu. Əlbəttə ki, bu, ölkəmizin böyük uğurudur".

Qeyd edək ki, Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ötən gün keçirilən növbəti iclasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına salınıb.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.