Miniatür robot transformer yaradılıb (VİDEO)

Miniatür robot transformer yaradılıb (VİDEO)
08 İyul 2019 10:49

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları müxtəlif vəzifələrin icrası üçün xarici görünüşünü dəyişərək müstəqil şəkildə yenidən qurulan robot yaradıblar. Perspektivdə onun tamamlanaraq miqyasının böyüdülməsi planlaşdırılır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA www.4pda.ru" resursuna istinadən yazır ki, robotun əsasını 20 amin turşusundan ibarət həyat formalarının yaradılması prinsipi təşkil edir. Bu yanaşma əvvəllər robot texnikasında tətbiq edilməyib. Robotun yaradılması zamanı professor Nil Qerşenfeld və tələbə Uill Lenqford məhdud metal dəstindən istifadə ediblər. Qurğu bu və ya digər şəraitdə lazım olan mexanizmə çevrilən beş kiçik əsas seqmentlə təchiz edilib. Yenidən qurulma insanın iştirakı olmadan həyata keçirilir.
 
Hazırda institut tədqiqatçıları tərəfindən yaradılan robot primitiv əzələ hərəkətlərini təkrarlayır, dişli çarxları döndərir və öz çəkisini yeddi dəfə üstələyən ağırlıqda yük qaldırır.
 
Layihənin gələcək inkişaf nümunəsi kimi Nil.Qerşenfeld elektron qurğu və mexanizmləri müstəqil çap edən üçölçülü printerləri göstərib. Alimin fikrincə, məhz belə həllər robot texnikasını sadə istifadəçiyə daha da yaxınlaşdırmağa imkan verir.

Realpress.az


18 Okt 2019
İT

Dünyada ən kiçik əl printeri təqdim edilib

“PrinCube” adlı əl printerinin çəkisi 110 qr-dır. Ənənəvi printerlərdən fərqli olaraq bu cihazla nəyisə çap etmək üçün onu səthin üzərisi ilə əllə hərəkət etdirmək lazımdır. Sözügedən printer öz arxasınca müxtəlif rəngli mürəkkəblərdən ibarət iz saxlayır.

18 Okt 2019
İT

Dünyada “5G” şəbəkəsinin sürətli tətbiqi proqnozlaşdırılır

“CCS Insight” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) yaxın illərdə sürətli tətbiqini proqnozlaşdırır. Mütəxəssislərin qiymətləndirməsinə görə, 2022-ci ildə bütün dünyada “5G” şəbəkələrinə qoşulmaların sayı 1 milyarda çatacaq, 2024-cü ildə onların sayı 2 milyardadək artacaq, 2025-ci ildə isə 3 milyardı ötəcək.

18 Okt 2019
İT

İnformasiya təhlükəsizliyi bazarında 9,4 faiz illik artım gözlənilir

İnformasiya təhlükəsizliyi üçün dünya həllər bazarının həcmi artır və yaxın illərdə artım nümayiş etdirməkdə davam edəcək. Bu barədə “International Data Corporation” (IDC) analitik şirkətinin tədqiqatında deyilir.

18 Okt 2019
İT

“Samsung” smartfonlarının barmaq izi müdafiəsi faydasız olub

"Samsung" şirkəti istənilən şəxsin "Galaxy S10" smartfonunun mühafizə sisteminə müdaxilə etməsinə imkan verən boşluğun mövcudluğunu etiraf edib. Bu haqda "Reuters" yazıb.

18 Okt 2019
İT

“Mozilla Firefox” ən təhlükəsiz brauzer seçilib

Almaniyanın İnformasiya Təhlükəsizliyi üzrə Federal İdarəsi (Bundesamt für Sicherheit in der Informationstechnik, BSI) “Mozilla Firefox 68”, “Google Chrome 76”, “Microsoft Internet Explorer 11” və “Microsoft Edge 44” brauzerlərinin müasir brauzerlər üçün təhlükəsizlik standartına uyğunluğunun qiymətləndirməsini aparıb. Yüksək qiymət alan “Firefox” icbari təhlükəsizlik funksiyalarının bütün minimal tələblərinə cavab verən yeganə brauzer seçilib.