Tərcüməçi funksiyasına malik “ağıllı” “maus” hazırlanıb

Tərcüməçi funksiyasına malik “ağıllı” “maus” hazırlanıb
08 İyul 2019 11:33

“Lenovo” şirkəti real vaxt rejimində səsli daxiletməni və bir dildən başqa dilə tərcüməni dəstəkləyən yeni “maus” təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, sözügedən “maus”un qiyməti təxminən 43 dollardır. “Lenovo” şirkətinin “ağıllı” “maus”u Çinin “Keda Xunfei” startapının həlli olan danışığın tanınması texnologiyasından istifadə edir. Nəticədə “maus” səsli daxiletməni dəstəkləyir və danışığı bir dildən başqa dilə tərcümə edir. Hələ ki səs interfeysi yalnız  Çinin müxtəlif dialektlərini və ingilis dilini dəstəkləyir. Sözügedən qurğu danışığı fransız, yapon, alman və başqa 26 dilə tərcümə edə bilər.
 
“Maus”dan istifadə zamanı onun alqoritmləri özü öyrənir, buna görə danışığın tanınması dəqiqliyi daha da yüksəlir.

Realpress.az


7 Dek 2019
İT

Ənənəvi nəqliyyat vasitələrinin alternativi hazırlanıb

"Manyone" şirkəti ənənəvi nəqliyyat vasitələrinin unikal alternativini hazırlayıb. Belə ki, özündə təyyarə və qatarın üstünlüklərini birləşdirən "AeroSlide" adlı konsept adi relslər əvəzinə, innovativ maqnit halqalar sistemindən istifadəni nəzərdə tutur. Qatar məhz halqaların daxilində sürətlə hərəkət edəcək.  

7 Dek 2019
İT

“5G” dəstəkli “Xiaomi” smartfonları iki rejimdə işləyəcək

"Xiaomi" həmtəsisçisi və prezidenti Lin Bin şirkətin beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən smartfonların buraxılışı ilə bağlı planlarını açıqlayıb.

7 Dek 2019
İT

“Harmony OS” ən populyar əməliyyat sistemləri beşliyinə daxil olacaq

"Huawei" şirkətinin inkişaf etdirdiyi "Harmony OS" 2020-ci ilin sonunda ən populyar əməliyyat sistemləri beşliyinə daxil olacaq. Bu barədə Çin şirkətinin ictimaiyyətlə əlaqələr üzrə baş vitse-prezidenti Coy Tan bildirib.

7 Dek 2019
İT

“Alibaba”nın alqoritmi dodaqdan əvvəllər əlçatmaz olan dəqiqliklə oxuyur

Dodaqdan oxuyan alqoritmlər artıq bir neçə ildir mövcuddur, ancaq onlar dəqiqlik göstəricisinə görə səs tanıma sistemlərindən geri qalırlar. "Alibaba" şirkəti, Çjeszyan Universiteti və Stivens Texnologiya İnstitutunun alimləri bu texnologiyanı təkmilləşdirməyə qərar veriblər.

6 Dek 2019
İT

Maddənin ən kiçik hissəciklərini birləşdirə bilən yapışqan hazırlanıb

Alimlər tərəfindən plastik və şüşə məmulatlar üçün hazırlanmış hiper yapışqan maddələr arasında molekulyar səviyyədə yeni güclü əlaqələr yaradır. Bu haqda "Science" jurnalında dərc edilmiş araşdırmada məlumat verilir.