Ekspert: Ermənilərin çoxu anlayır ki, müharibə olsa, Ermənistanın şansı yoxdur

Ekspert: Ermənilərin çoxu anlayır ki, müharibə olsa, Ermənistanın şansı yoxdur
08 İyul 2019 13:33


Ankaranın aldığı “S-400” zenit-raket komplekslərinin (ZRK) ilk hissəsi iyulun 7-də Rusiya təyyarələrinə yüklənəcək, gələn həftə isə Türkiyəyə çatdırılacaq.

Bu barədə “Habertürk” öz mənbələrinə istinadən məlumat verir.

Qeyd edilir ki, tədarük iki nəqliyyat təyyarəsində həyata keçiriləcək. Sistemin quraşdırılmasına cavabdeh olan doqquz rusiyalıdan ibarət qrup iyulun 8-də Türkiyəyə gələcək.

“Sputniknews” nəşri Türkiyə Prezidentinin nümayəndəsinə istinadən bildirir ki, Ankara hava hücumundan müdafiə sistemlərini “çox tezliklə, yaxın günlərdə” əldə edəcək. Onun sözlərinə görə, Türkiyə hakimiyyəti hələ də “S-400”ün yerləşdirmə variantlarını öyrənir. Məqsəd bu ZRK-nın alışına görə Türkiyə-ABŞ münasibətlərinin kəskinləşməsindən qaçmaqdır. “Triumf” “S-400” ZRK-nın Azərbaycan və Qətərdə yeləşdirilməsi istisna edilmir.

Xatırladaq ki, Rusiya və Türkiyə 2018-ci ilin sonunda dörd ədəd “S-400” kompleksinin Ankaraya satışı haqqında 2,5 milyard dollar dəyərində saziş imzalayıb.

Türkiyənin aldığı “S-400” komplekslərinin Azərbaycan və ya Qətərdə yerləşdirilməsi Ankara və Vaşinqton arasında gərginliyi azaltmağa kömək edə bilərmi?

Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov Media.az-a bildirib ki, bu, gərginliyi çətin ki aradan qaldırsın, lakin vəziyyəti müəyyən dərəcədə yumşalda bilər.

Onun sözlərinə görə, ZRK-nın Azərbaycanda yerləşdirilməsinin real faydası var:

“S-400” Azərbaycandan Türkiyə səmasını qoruyacaq. Qətərə gəlincə, bu ölkə Türkiyənin çox vacib tərəfdaşıdır. Xatırlayaq ki, ABŞ tərəfindən Qətərə qarşı artıq “basqın” olub və Ankara böhranın öhdəsindən gəlmək üçün bu ölkəyə kömək edib. Ona görə bu, ən pis variant olmayacaq. Mənə elə gəlir ki, türklər bu ZRK-ları öz ərazilərində də yerləşdirəcək”.

- Belə komplekslərin Azərbaycanda yerləşdirilməsi “S-400” ZRK-nın ölkəmizin də hava məkanını qoruyacağı anlamına gəlirmi?

- Azərbaycanın hava məkanı artıq kifayət qədər yaxşı qorunur. Lakin şübhəsiz ki, “S-400” tam təhlükəsizliyi təmin edəcək. Bu kompleksləri Naxçıvanda, Türkiyənin bilavasitə yaxınlığında yerləşdirmək olar. Və müvafiq olaraq, hansısa ölkələrin Azərbaycanın ərazi bütövlüyünə qəsdlərinə mane olmaq mümkündür.

- “Hansısa ölkələr” deyəndə Ermənistanı nəzərdə tutursunuz?

-  Bəli, əlbəttə...

Yeri gəlmişkən, Yerevandan son vaxtlar aqressiv, hücuma keçmək bəyanatları tez-tez səslənir. Bu komplekslər erməni cəmiyyətini “sakitləşdirəcək”?

- Prinsipcə, Ermənistan cəmiyyəti döyüşə can atmır, erməni isteblişmenti və bəzi hərbçilər haqqında bunu demək olmaz. Fikrimcə, ermənilərin çoxu anlayır ki, Azərbaycan Ordusunun bu səviyyədə silahlanması qarşısında Ermənistan tərəfinin davam gətirmək üçün sadəcə olaraq heç bir şansı yoxdur.

25 Apr 2024
Siyasət

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.

25 Apr 2024
Siyasət

Zakir Həsənov komanda-qərargah təlimlərini izlədi, tapşırıqlar verdi - FOTO/VİDEO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər davam etdirilir.

25 Apr 2024
Siyasət

Macarıstanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.

25 Apr 2024
Siyasət

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub

Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilov Portuqaliyada keçirilən açıq Avropa çempionatında qızıl medal qazanıb.

25 Apr 2024
Siyasət

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB + FOTO

Aprelin 24-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib.