“Huawei” dünyanın “ağıllı” şirkətləri reytinqində birincidir

“Huawei” dünyanın “ağıllı” şirkətləri reytinqində birincidir
08 İyul 2019 14:32

Yüz iyirmi illik tarixə malik "MIT Technology Review" biznes jurnalı 50 "ağıllı" şirkətin reytinqini dərc edib. "TR50" adlı siyahıya sənaye nəhənglərindən tutmuş, gənc startaplaradək müxtəlif sahələri təmsil edən brendlər daxildir. Jurnalın reytinqi dünyanın ən nüfuzlularından hesab olunur.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA www.4pda.ru" resursuna istinadən yazır ki, siyahıda məşhur "Tesla", "Intel", "Bosch", "NVIDIA" ilə yanaşı, istehlakçılar arasında az tanınan bir sıra Çin şirkətlərinin yer alması maraq doğurur. Reytinqə isə son aylar adı çoxlu qalmaqallarda hallanan "Huawei" şirkəti başçılıq edir.
 
"MIT Technology Review" reytinqini şərh edən şirkətin Direktorlar Şurasının üzvü Uilyam Syun bildirib ki, son 30 ildə "Huawei" əsasən texniki və mühəndis innovasiyaları, eləcə də müştərilərin tələbatına əsaslanan həllərdə innovasiyalar tətbiq edib. "Biz bunu "1.0 innovasiyaları" adlandırırıq. Gələcəkdə "Huawei" nəzəri irəliləyiş və kəşflərə aid "2.0 innovasiyaları" ilə məşğul olacaq. Şirkət hərtərəfli inkişafa çalışır. İnnovasiyaların kəşfi dünya ekspertləri ilə əməkdaşlıq deməkdir. Bu prosesdə resurs və imkanlar ümumi olur, faydadan isə bütün insanlar və sahələr yararlanır", – "Huawei" təmsilçisi qeyd edib.
 
Jurnal redaksiyası Çinin elektronika istehsalçısını kəşflər sahəsində innovator kimi qeyd edərək onu nəzəri inkişafda çoxlu təkliflərlə çıxış edən şirkət və hərtərəfli inkişaf edən brend adlandırıb.

Realpress.az


12 Dek 2019
İT

“Samsung Galaxy S11” seriyalı yeni modellərin təqdimat tarixi açıqlanıb

“Samsung” şirkəti ənənəvi olaraq yeni nəsil “Galaxy S” smartfonlarını İspaniyanın Barselona şəhərində keçirilən “Mobile World Congress” (MWC) sərgisi ərəfəsində “Unpacked” tədbirində nümayiş etdirir. Bu ənənə 2020-ci ildə də davam etdiriləcək.

12 Dek 2019
İT

Çində milli rəqəmli valyutanın sınaqları keçiriləcək

Çin Xalq Bankı ilin sonunadək elektron ödənişlər üçün “DCEP” adlı milli rəqəmli valyutanın sınaqlarını planlaşdırır.  

12 Dek 2019
İT

Bu antivirus istifadəçiləri izləyir

Pulsuz "Avast" antivirus proqram təminatı istifadəçilərin məlumatını toplayaraq onları satırmış. Bu haqda şirkətin baş direktoru Ondrej Vlçekə istinadən "Forbes" nəşri yazıb.

12 Dek 2019
İT

İnsan gücünü 20 dəfə artıran ekzoskelet yaradılıb (VİDEO)

ABŞ-ın "Sarcos Robotics" şirkəti insana çəkisi 90 kiloqrama bərabər yükü qaldıran zaman 4,5 kiloqramlıq ağırlığı hiss etməyə imkan verən "Guardian XO" ekzoskeletinin seriyalı versiyasını təqdim edib.

12 Dek 2019
İT

“Samsung” qabaqcıl smartfonlarında öz prosessorundan imtina edəcək

"Samsung" şirkəti yeni "Galaxy S11" modellərində öz istehsalı olan "Exynos" prosessorlarından imtina edəcək. Bu haqda "The Elec" nəşri məlumat verib.