Quranda adı çəkilən əbabil quşu Bakıda — FOTOLAR

Quranda adı çəkilən əbabil quşu Bakıda — FOTOLAR
08 İyul 2019 14:57

Müqəddəs Quran kitabında adı çəkilən əbabil quşuna Bakıda rast gəlinib.

Realpress.az xəbər verir ki, əbabil quşu Bakıda fəaliyyət göstərən ofislərdən birinə girib. Bu barədə şirkətin əməkdaşı məlumat verib:

“Səhər ofisə gələndə gördüm. Uça bilmirdi.O quşlar daim havada uçur.  Nadir hallarda yerə qonur. Gördüm ofisdə, masanın üzərindədir. Tutum, su verdim, içdi. Sonra balkondan buraxdıq, sürət yığıb havaya qalxdı və gözdən itdi”.

Qeyd edək ki, əbabil quşları barədə Quranın Fil surəsinin 105-ci ayəsində məlumat verilib: “Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtmaq üçün Məkkə üzərinə hücum edəndə Allahın əmri ilə bir dəstə quş Qırmızı dəniz tərəfdən uçub gəldi. Onların hər biri dimdiyində və iki caynağında bişmiş gildən düzəlmiş xırda daş tutmuşdular. Quşların atdıqları daşlar döyüşçülərin bədənində yara əmələ gətirərək tezliklə onların ölümünə səbəb oldu”.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.