Dərini cavan saxlayan qida - Sümük suyu

Dərini cavan saxlayan qida - Sümük suyu
09 İyul 2019 11:05

Türkiyəli dietoloq Erdi Abdulla Uğurun sözlərinə görə, bədənin gümrah və sağlam olması üçün sadəcə pəhriz və idman kifayət etmir.

Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, sağlam qidalanma eksperti dərinin elastikliyi üçün həftədə 2 dəfə sümük suyu içməyi tövsiyə edib:

"Sadəcə pəhriz və idman yetmir. Vitamin-mineral çatışmazlığı, zərərli məhsullar, həddindən artıq duz və şəkər istifadəsi sağlam bədənin qarşısına sədd çəkir. Sağlam qalmaq və sağlamlığımızı geri qazanmağın yolu sağlam qidalanmadan keçir. Qablaşdırılmış məhsulların çox böyük bir qismi dərinin düşmənidir.

Yüksək miqdarda şəkər və duz dəri zülallarını əmərək orqanizmin sağlam görünüşünü zədələyir. Şəkər orqanizm zülallarına bağlanaraq dəri quruluşunun pouzulmasına səbəb olarkən, artıq duz ödəmə və toxuma bütövlüyünün pozulmasına yol açır.

Vücudumuzdaki zülalların 90 faizini kollagen təşkil edir. Amma seçim edərkən içərisindəki kollagen miqdarı, kollagen tipi və təsir forması çox əhəmiyyətlidir. Tip 1 və Tip 3 kollagen növü 3-6 ay ərzində dəri toxumasını möhkəmləndirir, dəri elastikliyini bərpa edir. Bununla yanaşı, sümük suyu tərkibindəki prolin qlutamin kimi kollagen quruluşunu təşkil edən amin turşular sayəsində bədəndəki toxumaların, xüsusilə dəri və əzələ toxuması bərpa edərək yenilənməsini təmin edir. Dəriyə daha sağlam, elastik və canlı bir görüntü qazandırır.

Sümük suyu şorbaları rasiona həftədə 1-2 gün daxil edilməli olan yaxşı alternativdir. Yalnız çox uzun müddət bişirilməsi nəticəsində sümüyün tərkibindəki bəzi zərərli molekullar da aşkara çıxa bilər. Odur ki, maksimum 3-4 saat qaynamat yetərli olacaq. Avokado sağlam yağları və güclü antioksidant birləşmələri ehtiva edən müdhiş bir qidadır. Aparılan tədqiqatlar göstərib ki, avokado dərinin yenilənməsinə çox güclü təsir göstərir. Həmçinin yay aylarında günəşin zərərli təsirlərindən qorumaq gücünə malikdir".

Daha sonra mütəxəssis su və yaşıl çayın dəriyə təsirlərini sadalayıb:

“Su bütün bədənimizin 60- 65 faizini təşkil edən super qidadır. Dərimizin daha nəmli, parlaq və canlı olması kifayət miqdarda su qəbulu ilə əlaqəlidir. Bədənin uzun müddət susuz qalması dərinin qurumasına və qırışmasına, həmçinin digər problemlərin şiddətlənməsinə səbəb olur. Dərinin özünü yeniləyə və daha sağlam görünüşə olması üçün kişilər gündə 2.5 litr, sağlam qadınlar isə gündə 2 litr həcmində su qəbul etməlidir.

Yaşıl çay həm bədənin toksinlərdən təmizlənməsi, həm də metabolizmi sürətləndirmək mövzusundakı təsirləri ilə ön plana çıxır. Yaşıl çayın içində olan katexin adı verilən güclü antioksidant maddələr dərini qoruyan və nəm balansını artıran təsirli maddədir”.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.