Maliyyə, hesab və audit sahəsində mütəxəssisləri birləşdirən ACCA assosiasiyası biznesdə kibertəhlükəsizlik problemlərinə həsr edilmiş araşdırmanın nəticələrini elan edib.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin proqnozuna görə, 2021-ci ilədək şirkətlər kibercinayətkarlarla mübarizəyə təxminən 6 trilyon dollar xərcləyəcək. Araşdırma nəticəsində məlum olub ki, maliyyə mütəxəssislərinin hamısı kibertəhlükəsizlik məsələsini risk amillərinə aid etmir və çox vaxt onun məsuliyyəti yalnız İT mütəxəssislərinin üzərinə düşür.
Araşdırma zamanı rəyi öyrənilmiş maliyyə direktoru və maliyyə departamentləri rəhbərlərinin təxminən 60%-i hesab edirlər ki, kibertəhlükəsizlik 5 ən mühüm biznes risklərindən biridir.
Respondentlərin 10%-i şirkətlərində kibertəhlükəsizlik üçün məsuliyyət daşıyan şəxsi tanımırlar, respondentlərin 33%-i isə şirkətlərinin əvvəllər kiberhücuma məruz qalıb-qalmadığını bilmirlər.
Realpress.az
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.