XRONİKİ YORĞUNLUQ SİNDROMU VƏ YA “MENECER SİNDROMU”

XRONİKİ YORĞUNLUQ SİNDROMU VƏ YA “MENECER SİNDROMU”
09 İyul 2019 15:37

XRONİKİ YORĞUNLUQ SİNDROMU VƏ YA “MENECER SİNDROMU”

Realpress.az Aptekonline.az-a istinadən Xroniki yorğunluq sindromu və onun yaranma səbəblərini təqdim edirKeçən əsrin ikinci yarısından aktuallaşan bu sindrom bəzi ədəbiyyatlarda xroniki yorğunluq sindromu və ya “menecer sindromu”, “astenik sindrom” adlandırılır. Sürətlə inkişaf edən meqapolislər, dəyişən həyat tərzi, yaranan yeni texnologiyalar və onlara olan aludəçilik insanları informasiya bolluğunun yaratdığı bir burulğana salır. İnsan beyni bu məlumat çoxluğunu qavramağı və yadda saxlamağı bacarmayaraq yüklənir. Ancaq hər problemi texnologiyalara olan aludəçiliklə də əlaqələndirmək olmaz, burda bir necə müxtəlif faktorlar rol oynayır: qidalanma rejiminin pozulması, qidaların keyfiyyətinin aşağı olması, şəhərlərdə sürətlə əhali artımı və bunun nəticəsində yaşıllıqların məhv edilməsi, bütün gün ərzində ofislərdə  çalışan insanlarda yaranan hipoksik vəziyyət (oksigen çatışmazlığı), müxtəlif yaş qrupları arasında yayılan qanazlığı, il ərzində təkrarlanan virus infeksiyaları, xroniki xəstəliklər zamanı uzun müddət dərman vasitələrindən istifadə, fiziki əməyin azalması və s. göstərmək olar. Çoxsaylı tədqiqtlar nəticəsində müəyyən olunmuşdur ki, insan özündə yorğunluq, halsızlıq hiss edirsə, bu zaman orqanizmdə xüsisi maddələr yaranır. Orqanizmdə toplanan bu natamam mübadilə məhsulları əzələ, bədən ağrılarına, yorğunluq, halsızlıq hissinin formalaşmasına səbəb olur. Beləliklə, xroniki yorğunluq sindromu bir birindən zəncirvari asılı olan pozulmuş maddələr mübadiləsinin təzahürüdür.

Xroniki yorğunluq sindromunun əsas əlamətləri. Xroniki yorğunluq sindromundan əziyyət çəkən insanlar “çox yorulmuşam, halsızam», «bütün bədənim, əzələlərim ağrıyır», «dincəlirəm, amma yorğunluğum çıxmır», «nə qədər yatıram yuxudan doymuram» ifadələri ilə şikayətlərini bildirirlər və çox vaxt bunu soyuqdəymənin əlaməti hesab edirlər.

Xroniki yorğunluq sindromundan necə azad olmaq olar? Yorğunluqdan azad olmaq üçün insanlar müxtəlif vasitələrə əl atırlar: bəziləri energetik içkilərdən istifadə edir, bəziləri günün yorğunluğunu çıxarmaq üçün spirtli içkilərə aludə olur, bəziləri sakitləşdiricilər qəbul edirlər. Bütün bunlar nəticəsində insanlar sanki qüsurlu böhrana düşür, şikayətləri daha da artır və bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır.

Xroniki yorğunluq sindromundan azad olmaq üçün: sağlam və balanslaşdırılmış qidalanın, təmiz havada çox vaxt keçirin, gecə yuxusunu tənzimləyin, ən az 7-8 saat yatın, yatmazdan əvvəl texnologiyalardan istifadə etməyin, pozulmuş maddələr mübadiləsini bərpa etmək üçün həkiminizə müraciət edin. Çünki xroniki yorğunluq sindromunun vaxtında qarşısı alınmazsa, bu ilkin olaraq, zehni əmək qabiliyyətinin zəifləməsinə, yaddaşın pozulmasına, infeksiyalara qarşı müqavimətin azalmasına, bir çox allergiyaya bənzər halların yaranmasına və ən sonda intellektual, psixoloji, seksual pozğunluqlara səbəb ola bilər. 

Səhhətinizə qayğı göstərin, istirahət üçün vaxt ayırın, diqqətinizi həyatın müsbət və pozitiv anlarına yönəldin. Həyat gözəldir, onu doya-doya yaşayın. Sağlam olun!


18 Okt 2019
Maraqlı

Bu məşhurlara “Eurovision” qadağası qoyuldu - Siyahı

Bir neçə gün bundan əvvəl Ukrayna "Eurovision" mahnı müsabiqəsi ilə bağlı seçim qaydalarını yeniləyib. Qaydalara əsasən, 2014-cü ildən bugünə qədər Rusiyada səhnəyə çıxmış ifaçılar müsabiqəyə qatıla bilməz. Qərar Ukrayna və Rusiya KİV-lərində müzakirələrə səbəb olub, sosial şəbəkələrdə tənqidlərə məruz qalıb.

17 Okt 2019
Maraqlı

HarmonyOS Android ilə rəqabət apara biləcək

Huawei şirkətinin təsisçisi və general direktoru olan Ren Zhengfei, Fortune saytına müsahibə verib və həmin müsahibədə o, şirkətin HarmonyOS əməliyyat sistemi ilə bağlı gələcək planlarından danışıb. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, HarmonyOS avqust ayının əvvəlində təqdim edilmişdi. Məhz ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin qızğın vaxtında və ABŞ hökumətinin Huawei şirkətinə qarşı tətbiq etmiş olduğu sanksiyaların fonunda.