Bu barədə “Ölkə.Az”a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.
Onun sözlərinə görə, iyulun 12-də keçiriləcək islasın gündəliyinə 28 məsələ daxil edilib.
“Bunların bir qismi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq qanun layihələrinə dəyişikliklərdir. Parlamentarilər “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, Vergi Məcəlləsinə, “Dövlət satınalmaları haqqında”, “Əmək pensiyaları haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında”, Su Məcəlləsinə, Mənzil Məcəlləsinə, “Yol hərəkəti haqqında”, “Publik hüquqi şəxslər haqqında” qanuna və sair qanunlara dəyişiklikləri müzakirə edərək, qəbul edəcəklər”, - deyə Təvəkküloğlu bildirib.
Deputatlığa namizədlərin irəli sürülməsi prosesi başladı
İlham Əliyev və Mehriban Əliyeva ağac əkdilər
“Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə əlaqədar Yeni Azərbaycan Partiyasının təşəbbüsünün cəmiyyətdə müsbət qarşılanması, radikalları çıxmaq şərti ilə demək olar ki, bütün siyasi qüvvələrdən, o cümlədən, Milli Məclisdə təmsil olunan partiyalardan gələn dəstək reaksiyaları qanunverici orqanın buraxılması təklifinin legitimliyini birbaşa sübuta yetirir”.