Kompakt “VAIO” noutbuku portların sayına görə rekorda imza atıb

Kompakt “VAIO” noutbuku portların sayına görə rekorda imza atıb
10 İyul 2019 12:37

Yaponiyanın "VAIO" şirkəti 9 porta malik 12,5 düym diaqonallı "SX12" noutbukunu təqdim edib. Qurğu üç "USB-A" portu, enerjinin doldurulması üçün bir "USB-C", "HDMI", "SD" yaddaş kartı üçün slot, qulaqcıq üçün 3,5 millimetrlik çıxış, eləcə də "RJ-45" və "VGA" çıxışları ilə təchiz olunub.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Macdigger www.macdigger.ru" resursuna istinadən yazır ki, noutbukun klavişləri 12 düymlük "MacBook"da olduğu kimi kənardan kənara yerləşir. Çəkisi 888 qram təşkil edən noutbukda quraşdırılan "LTE" modulu dördnüvəli "Intel Core i5" prosessoru və ya səkkizinci nəsil "Intel Core i7" ilə işləyir.
 
Əvvəlcə Yaponiyada satışa çıxarılacaq "VAIO SX12" noutbukunun qiyməti quraşdırılmış yaddaşın tutumundan, prosessordan və korpusun rəngindən asılı olaraq 1100-2 min dollar arasında dəyişəcək. Modelin digər ölkələrdə nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.
 
Qeyd edək ki, "Sony" şirkəti ziyanla işləyən "VAIO" brendli kompüter biznesini 2014-cü ilin fevralında "Japan Industrial Partners" (JIP) fonduna satıb.
 

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.