Azərbaycanda "PostPay" elektron pul kisəsi istifadəyə veriləcək

Azərbaycanda "PostPay" elektron pul kisəsi istifadəyə veriləcək
10 İyul 2019 13:21

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iki qurumu - "Azərpoçt” MMC və Məlumat Hesablama Mərkəzi birlikdə "PostPay” elektron pul kisəsi layihəsinə imza atıb.
 
Artıq tərəflər arasında imzalanmış müqavilədə "PostPay” elektron ödəniş sisteminin, o cümlədən elektron pul kisəsinin hazırlanması, fiziki və virtual daşıyıcılara yerləşdirilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi, həmçinin sonrakı mərhələdə texniki dəstəyin göstərilməsi məsələləri razılaşdırılıb.
 
Geniş fəaliyyət istiqamətləri və böyük təcrübəyə malik bu iki qurumun bu layihəsi vətəndaşlara bir çox xidmətləri daha əlçatan edəcək.
 
"PostPay”in digər elektron pul kisələrindən əsas fərqi poçt filialları və məntəqələrində həm balans artırma, həm də nağdlaşdırma əməliyyatlarından istifadəyə imkan yaratmasıdır. Vətəndaşlar kommunal, mobil və digər xidmət haqlarının ödənilməsi imkanından əlavə "PostPay” vasitəsilə heç yerə getmədən ucqar kəndlərə belə pul göndərmək imkanı əldə edəcəklər.
 
PostPay”də istifadəçilərin rahatlığı, həmçinin müasir ödəmə funksiyalarından istifadənin təmin edilməsi məqsədilə QR kodla ödəmə imkanı təqdim ediləcək. Belə ki, mağazalarda və ya xarici internet saytlarında alış-veriş edən "PostPay” istifadəçiləri tətbiqin "QR kod vasitəsilə ödəmə” funksiyasını seçərək ödəmələrini asanlıqla həyata keçirə biləcəklər.
 
İlk olaraq "PostPay” elektron pul kisəsi "Android” əməliyyat sistemi ilə çalışan qurğulara uyğunlaşdırılacaq. Yaxın gələcəkdə digər əməliyyat sistemləri ilə işləyən qurğu sahibləri "PostPay”dən faydalana biləcəklər.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.