Bu il dünya İT bazarında durğunluq gözlənilir

Bu il dünya İT bazarında durğunluq gözlənilir
10 İyul 2019 15:14

“Gartner” şirkəti cari il üçün dünya informasiya texnologiyaları (İT) bazarı üzrə proqnoz açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews www.servernews.ru” resursuna istinadən yazır ki, qiymətləndirməyə görə, 2018-ci ildə İT sahəsində qlobal xərclər təxminən 3,72 trilyon dollar təşkil edib ki, bu da 2017-ci ilin nəticəsindən 5,1 faiz çoxdur.
 
2019-cu ildə dünya İT bazarında durğunluq gözlənilir. Şirkət analitiklərinin fikrincə, xərclərin 0,6 faiz artması nəticəsində sahə 3,74 trilyon dollarlıq nəticə nümayiş etdirəcək.
 
Bu il xərclərin ümumi həcmində məlumat emalı mərkəzləri üçün sistemlərin payı 203 milyard dollar təşkil edəcək. Korporativ sinfə aid proqram təminatı 457 milyard dollar məbləğində qazanc gətirəcək. Avadanlıqlar seqmentində xərclər 682 milyard dollar səviyyəsində proqnozlaşdırılır.
 
İnformasiya texnologiyaları sahəsində müxtəlif servislərin gəliri 1,03 trilyon dollara bərabər olacaq. 1,37 trilyon dollar dünya İT bazarının ən böyük seqmenti olaraq qalacaq kommunikasiya servisləri sektorunun payına düşəcək.
 
“Gartner” analitiklərinin qənaətinə görə, 2020-ci ildə İT sahəsində qlobal miqyasda xərclər 3,7 faiz artaraq 3,88 trilyon dollara çatacaq.
 

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.