Almaniya Kansleri Angela Merkel rəsmi görüş zamanı yenidən titrəyib. Bu hal üç həftə ərzində artıq üçüncü dəfədir baş verib.
Bu barədə “Reuters” məlumat yayıb.
A.Merkel bu dəfə Berlində Finlandiyanın Baş naziri Antti Rinne ilə rəsmi görüş zamanı titrəməyə başlayıb.
Həmin kadrlar “Twitter” səhifəsində paylaşılıb. Videoda Kanslerin finlandiyalı nazirlə yanbayan dayanarkən necə titrədiyi aydın görünür.
ABŞ-ın Florida ştatındakı Pensakola hərbi-dəniz aviasiyası stansiyasında təhsil alan Səudiyyə Ərəbistanı vətəndaşı əsgər üç nəfəri öldürüb, səkkiz nəfəri isə yaralayıb.
Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin maliyyə nazirləri “Facebook” kriptovalyutasının öz ölkələrində istifadəsinin qadağan edilməsi üzrə qərar qəbul ediblər.