Ölkədə yeni dini kolleclər açılacaq.
Realpress.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Xəzər TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə dövlət qeydiyyatına alınmış 10 dini təhsil müəssisəsi var.
Bir neçə yeni dini kollecin açılması istiqamətində də hazırlıq işləri gedir.
Qafqaz Müsəlmanları İdarəsinin nəzdnində fəaliyyət göstərəcək bu müəssisələrdən birinin Nardaranda, digərlərinin isə bölgələrdə istifadəyə verilməsi nəzərdə tutulub.
Mübariz Qurbanlı bildirib ki, gələcəkdə İlahiyyat İnstitutunda digər dinlər üzrə kadrların hazırlığı da həyata keçiriləcək. Hazırda bu məsələ də gündəmdədir.
Hazırlıq işləri başa çatdıqdan sonra İlahiyyat İnstitutunda digər dinlər üzrə də kadrlar hazırlanacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.
Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.