“Android” üçün mindən çox mobil proqram istifadəçilərin yeri haqqında məlumatları toplayır. Bu haqda Beynəlxalq Kompüter Texnologiyaları İnstitutundan məlumat verilib.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Android” üçün 88 min mobil proqram araşdırılıb və məlum olub ki, onlardan 1325-i istifadəçi məlumatlarına giriş üçün avtorizasiya sisteminə müdaxilə edə bilir. Məsələn, şəkillərin işlənməsi üçün “Shutterfly” proqramı şəkillərdəki geoməlumatları oxuyur və onları tərtibatçının serverinə göndərir. Şirkətin iddiasına görə, məlumatları yalnız istifadəçilərin icazəsi ilə toplayır, ancaq sözügedən tətbiq geoməlumatlara giriş üçün istifadəçidən icazə istəmir.
Zərərverici proqram təminatı isə geoməlumatlardan istifadə edə bilər.
Ekspertlər hələ 2018-ci ilin sentyabrında araşdırmanın nəticələri haqqında “Google” şirkətinə xəbərdarlıq etmişdilər. İnternet nəhəngi 2019-cu ildə təqdim olunacaq “Android Q” yenilənməsində bu boşluqları aradan qaldıracağına söz verib.
Realpress.az
"Manyone" şirkəti ənənəvi nəqliyyat vasitələrinin unikal alternativini hazırlayıb. Belə ki, özündə təyyarə və qatarın üstünlüklərini birləşdirən "AeroSlide" adlı konsept adi relslər əvəzinə, innovativ maqnit halqalar sistemindən istifadəni nəzərdə tutur. Qatar məhz halqaların daxilində sürətlə hərəkət edəcək.
"Xiaomi" həmtəsisçisi və prezidenti Lin Bin şirkətin beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən smartfonların buraxılışı ilə bağlı planlarını açıqlayıb.
"Huawei" şirkətinin inkişaf etdirdiyi "Harmony OS" 2020-ci ilin sonunda ən populyar əməliyyat sistemləri beşliyinə daxil olacaq. Bu barədə Çin şirkətinin ictimaiyyətlə əlaqələr üzrə baş vitse-prezidenti Coy Tan bildirib.
Dodaqdan oxuyan alqoritmlər artıq bir neçə ildir mövcuddur, ancaq onlar dəqiqlik göstəricisinə görə səs tanıma sistemlərindən geri qalırlar. "Alibaba" şirkəti, Çjeszyan Universiteti və Stivens Texnologiya İnstitutunun alimləri bu texnologiyanı təkmilləşdirməyə qərar veriblər.