Dünyada 25 milyon qurğu “Agent Smith” virusuna yoluxub

Dünyada 25 milyon qurğu “Agent Smith” virusuna yoluxub
11 İyul 2019 10:55

İsrailin kibertəhlükəsizlikdə ixtisaslaşan “Check Point” şirkəti internetdə “Agent Smith” adlı virus aşkarlayıb.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Regnum www.regnum.ru” resursuna istinadən yazır ki, məlumata görə, zərərli proqram artıq 25 milyon istifadəçini yoluxdurub. Virus quraşdırılmış proqramlara müdaxilə etdikdən sonra daha çox reklam göstərməyə başlayır. Məsələn, “WhatsApp”, “Opera Mini” və ya “Flipkart” kimi məşhur proqramlar onun qurbanları olub.
 
Qeyd edək ki, bir müddət əvvəl ekspertlər tərəfindən “Google Store” onlayn mağazasında istifadəçi məlumatlarını oğurlayan 1,3 mindən çox mobil əlavə aşkarlanıb. Mütəxəssislər ümumilikdə 88 minə yaxın proqramı tədqiq ediblər.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.