Azərbaycanı Dünya Çimərlik Oyunlarında ukraynalılar təmsil edəcək

Azərbaycanı Dünya Çimərlik Oyunlarında ukraynalılar təmsil edəcək
11 İyul 2019 11:11


Azərbaycanın iki triatlonçusu Dünya Çimərlik Oyunlarına vəsiqə qazanıb.

Realpress.az-ın xəbərinə görə, bunlar ukraynalı legionerlərimiz Kseniya Levkovskya və Rostivlav Pevtsovdur.

Hər iki idmançı Azərbaycanı 10-15 oktyabr tarixlərində ABŞ-ın San Dieqo şəhərində keçiriləcək I Dünya Çimərlik Oyunlarında təmsil edəcək.

Qeyd edək ki, bununla da yarışda iştirak edəcək azərbaycanlı idmançıların sayı yeddiyə çatıb. Daha öncə karateçimiz (kata) Roman Heydərov, eləcə də güləşçilərimiz Pənah İlyaslı, İbrahim Yusubov, Kənan Əliyev və Oyan Nəzərianinin bu turnirdə iştirak edəcəyi dəqiqləşmişdi.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.