"BMW" qəfil dayandı, "07" "Mercedes"i vurdu - Bakıda məzəli qəza – VİDEO

"BMW" qəfil dayandı, "07" "Mercedes"i vurdu - Bakıda məzəli qəza – VİDEO
11 İyul 2019 13:15

Bakıda baş vermiş qəza anı kameraya düşüb.

Realpress.az “avtosfer.az”a istinadən xəbər verir ki, Azadlıq prospektinin Binəqədi rayonu ərazisindən keçən hissəsində (Varovskinin kruqu adlanan ərazi) yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, “BMW X6” markalı avtomobilin sürücüsü qarşıdakı avtomobil sola döndüyü üçün qəfil əyləci basıb.

Bu zaman arxadan gələn VAZ 21 07 markalı avtomobilin sürücüsü onunla toqquşmamaq üçün sağa çəkib. Amma yolayrıclnda gözləyən “Mercedes” markal avtomobilə çırpılıb

Bu arada yol kənarında dayanmış piyada son anda geriyə çəkilərək avtomobil tərəfindən vurulmaqdan qurtulub.

“07”nin sürücüsü avtomobildən çıxaraq “BMW X6”-ya etiraz etsə də sonuncu yoluna davam edib.

Videogörüntüləri təqdim edirik: 


18 Okt 2019
Maraqlı

Bu məşhurlara “Eurovision” qadağası qoyuldu - Siyahı

Bir neçə gün bundan əvvəl Ukrayna "Eurovision" mahnı müsabiqəsi ilə bağlı seçim qaydalarını yeniləyib. Qaydalara əsasən, 2014-cü ildən bugünə qədər Rusiyada səhnəyə çıxmış ifaçılar müsabiqəyə qatıla bilməz. Qərar Ukrayna və Rusiya KİV-lərində müzakirələrə səbəb olub, sosial şəbəkələrdə tənqidlərə məruz qalıb.

17 Okt 2019
Maraqlı

HarmonyOS Android ilə rəqabət apara biləcək

Huawei şirkətinin təsisçisi və general direktoru olan Ren Zhengfei, Fortune saytına müsahibə verib və həmin müsahibədə o, şirkətin HarmonyOS əməliyyat sistemi ilə bağlı gələcək planlarından danışıb. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, HarmonyOS avqust ayının əvvəlində təqdim edilmişdi. Məhz ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin qızğın vaxtında və ABŞ hökumətinin Huawei şirkətinə qarşı tətbiq etmiş olduğu sanksiyaların fonunda.