Yalçın Rzazadə təcili xəstəxanaya yerləşdirildi - Vəziyyəti kritikdir

Yalçın Rzazadə təcili xəstəxanaya yerləşdirildi - Vəziyyəti kritikdir
11 İyul 2019 13:21


Xalq artisti Yalçın Rzazadənin səhhəti qəflətən pisləşib. 

Müğənninin oğlu Yusif Rzazadə atasının səhhətində yaranmış problemlərlə bağlı realpress.az-a açıqlama verib:

“Atam hazırda Mərkəzi Dənizçilər Xəstəxanasındadır. Üç gündür səhhəti heç də yaxşı deyil. Hazırda həkimlər atamın vəziyyətini normallaşdırmağa çalışırlar. Gözlərinin içi sapsarıdır. Qanında zəhərlənmə aşkarlanıb. Ürəyində problemlər var”.

Qeyd edək ki, Yalçın İmran oğlu Rzazadə 31 dekabr 1946-cı ildə Bakıdan anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası Xalq Artisti adına layiq görülüb. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiridir. Evlidir, üç övladı var. 


20 Noy 2019
Şou-biznes

Ərdoğanı təhqir edən məşhur stilist haqqında cinayət işi açılıb

Ərdoğanı təhqir edən məşhur stilist haqqında cinayət işi açılıb

20 Noy 2019
Şou-biznes

Hazal Kayanın doğuşdan sonra ilk — FOTOSU

Aktrisa Hazal Kaya 18 noyabrda övladını dünyaya gətirib.

19 Noy 2019
Şou-biznes

Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq etdi - YENİLƏNİB

Həyat yoldaşı tərəfindən döyüldüyü xəbəri yayılan Elçin Əlibəyli məsələ ilə bağlı açıqlama yayıb.

19 Noy 2019
Şou-biznes

Nigarla Aygün “Nəfəsim, qəlbim”oxudu — VİDEO

Müğənni Nigar Camal Əməkdar artist Aygün Bəylərlə duet ifa edib.