Bu xəstəlik bizim qadınların 44%-də var. Özünüzü yoxlayın!

Bu xəstəlik bizim qadınların 44%-də var. Özünüzü yoxlayın!
11 İyul 2019 16:05

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, 2017-ci ildə Azərbaycanda qadınlar arasında dəmir defisitli anemiya 44% təşkil edib.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun fəaliyyətə başlamasının 1 ilinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Realpress.az Saglamolun.az-a istinadla bildirir ki, daha çox qadınlar arasında yayılmış dəmir defisitli anemiya (qanazlığı) orqanizmin bütün orqan və sistemlərinə mənfi təsir edən, orqanizmi zəiflədən, müxtəlif xəstəliklərin riskini artıran çox ciddi pozulmadır.

Qanazlığı zamanı oksigen çatışmazlığı nəticəsində maddələr mübadiləsi zəifləyir, orqanizmdə toksiki maddələr toplanır, ürək, ağ ciyər, qaraciyər, böyrəklərə düşən gərginlik kəskin artır.   

Qanazlığı immun sistemini kəskin zəiflədir. Bu isə o deməkdir ki, insan müxtəlif infeksiyalara qarşı çox həssas olur, daha tez-tez və ağır xəstələnir, gec sağalır. İmmun sisteminin kəskin zəiflənməsi hətta xərçəngin inkişafına təkan vərə bilər.

Digər tərəfdən qanazlığı ürək-damar sisteminə olduqca mənfi təsir edir. Ürək əzələsi (miokarda) vaxtından tez zəifləyir, qocalır.

Qanazlığı mərkəzi sinir sistemi, xüsusilə də baş beyini üçün ziyanlıdır. Beyin digər orqanlarla müqayisədə daha çox oksigen tələb edir. Məhz bu səbəbdən oksigenin çatışmazlığı zamanı beyinin normal fəaliyyətində pozulmalar yaranır.

Beləliklə, qanazlığı çox ciddi pozulmadır ki, onu vaxtında aşkar etmək və müalicə etmək lazımdır.

Qanazlığının yüngül formalarında (qanda hemoqlobinin səviyyəsi 90-100 qr/l) düzgün qidalanmanın köməyi ilə bu pozulmanı aradan qaldırmaq mümkündür. Daha ağır formalarda yalnız qidalanma kömək etməyəcək, xəstəyə xüsusi müalicə tələb olunur.

Qanazlığının simptomları arasında:

- iş qabiliyyətinin kəskin azalması

- zəiflik, yorğunluq, yuxululuq

- əsəbilik, əhval-ruhiyyənin tez-tez dəyişilməsi

- yaddaşın zəiflənməsi

- başgicəllənməsi

- ürək döyünməsinin tezləşməsi

- dərinin quru olması, qabıqvermə

- dirnaqların solğun və kövrək olması

- saçların tökülməsi

- dodaqların kənarlarında çatların əmələ gəlməsi.

Qanazlığı zamanı insan qeyri-adi dadları və iyləri (benzinin, dırnaq boyasının iyi, təbaşirin, farşın dadı) xoşlamağa başlayır. Bu da çox xarakterik simptomdur.

Özünüzdə bu kimi simptomları müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.