Günəşdə maqnit qasırğası olub

Günəşdə maqnit qasırğası olub
11 İyul 2019 16:20

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası iyulun 11-nə olan kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan Realpress.az-a verilən məlumata görə, kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn tac kütlə atılması müşahidə olunmayıb. Hesabat dövründə Günəş küləyi parametrlərində güclənmə müşahidə olunub. Günəş küləyinin sürəti ~600 km/san intervalında olub. 

Geomaqnit sahə son 24 saat ərzində Günəş küləyinin təsiri hesabına fasilələrlə sakit (Kp=3,4) və G1 (Minor) səviyyəli qasırğa (Kp=5) şəraitlərində olub. G1 səviyyəli qasırğa əsasən 60○şimal en dairəsindən yuxarı bölgələr üçün xarakterik sayılır. Xatırladaq ki, Azərbaycan 38○24ꞌ və 41○54ꞌ şimal en dairələri arasında yerləşdiyindən qasırğanın mənfi təsirinə məruz qalmır. 

Kosmik hava proqnozuna əsasən, iyulun 11-13-də Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. İyulun 11-12-də geomaqnit sahədə həyəcanlaşmaların davam edəcəyi proqnozlaşdırılsa da, iyulun 13-də nisbi sakit şəraitə qayıdacağı istisna edilmir (Kp=3, 4). Maqnit qasırğasının yaranması ehtimalı 11 iyulda 10%-dən, 12 və 13 iyulda 5%-dən aşağı qiymətləndirilir. 


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.