Sərnişin təyyarəsi 11 min metr hündürlükdə burulğana düşdü – FOTO/VİDEO

Sərnişin təyyarəsi 11 min metr hündürlükdə burulğana düşdü – FOTO/VİDEO
12 İyul 2019 09:18


“Air Canada” aviaşirkətinə məxsus təyyarə Vankuver-Sidney reysi zamanı fövqəladə hadisə ilə üzləşib qəza enişi etdi.

Daily Telegraph” xəbər verir ki, Boeing 777-200 təyyarəsi Havay adaları üzərində uçan zaman hava burulğanına düşüb.

Nəticədə 269 sərnişindən 35 nəfəri müxtəlif xəsarətlər alıb.

Bu zaman hava gəmisi 11 min metr hündürlükdə olub.

Sərnişinlərdən birinin dediyinə görə, təyyarədə hər şey bir an içində baş verdi:

“Bir saniyənin içində hamı göyə atıldı. Təhlükəsizlik kəmərini taxmayan sərnişinlər baqaj rəflərinə bərk çırpıldı”.   

Hadisədən sonra pilotlar təyyarəni təcili olaraq Havay adalarındakı Honolulu hava limanına endirməyə məcbur olublar. Burada xəsarət alanlara lazımi tibbi yardım göstərilib.  



29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.

29 Mar 2024
Dünya

Hərbi təyyarə dənizə düşdü

Sevastopol yaxınlığında hərbi təyyarə dənizə düşüb, lakin şəhərin mülki obyektlərinə ziyan dəyməyib.