RAHAT YUXU - KÖRPƏNİZİN SAĞLAMLIĞINI QORUYUR!

RAHAT YUXU - KÖRPƏNİZİN SAĞLAMLIĞINI QORUYUR!
15 İyul 2019 11:11

RAHAT YUXU - KÖRPƏNİZİN SAĞLAMLIĞINI QORUYUR! 

“Necə edim ki, uşaq yatsın?”, “Uşaq yatmır, yatmağa da, qoymur”,“Uşaq gecə ilə gündüzü səhv salıb” kimi ifadələr və suallar körpə olan hər bir evdə tez-tez eşidilir. Körpələrin normal yuxusu onların sağlamlığı və ananın rahatlığı baxımından olduqca aktual məsələdir. Körpənin sağlamlığı bilavasitə onun yuxu rejimindən asılıdır. Məhz gecə saatlarında körpənin immun sisteminin mükəmməlləşməsi və boy artımı baş verir. Yuxu uşaq inkişafının təməl ünsürüdür. Yaşamın ilk iki ilini uşaqlar ortalama 9500 saat yataraq, 8000 saat isə oyanıq vəziyyətdə keçirirlər. Bu məqalədə yuxu ilə bağlı bilgilər, körpələrdə yuxu rejimi və yuxu rejiminin yaxşılaşdırılması ilə bağlı məsələlər yer almışdır.

Yuxu nədir? Yuxu orqanizmin ətrafla əlaqəsinin ciddi və dəyişik siqnallarla geri döndərilə biləcək tərzdə, keçici və tsiklik olaraq itməsidir. Orqanizmdə sintez olunan melatonin hormonu yuxunu təmin edir.

Uşaqlarda yuxu rejimi necə olmalıdır? Yenidoğulmuşlarda yuxunun 3 vəziyyəti müəyyən edilir: aktiv vəziyyət (ümumi yuxunun 50%-ni təşkil edir), sakit vəziyyət, qeyri-müəyyən vəziyyət.

Uşağın yaşı

Gecə yuxusu

Gündüz yuxusu

Yuxunun ümumi müddəti

1 aylıq

8 saat 30 dəqiqə

7 saat (3 dəfə)

15 saat 30 dəqiqə

3 aylıq

10 saat

5 saat (3 dəfə)

15 saat

6 aylıq

11 saat

3 saat 15 dəq (2 dəfə)

14 saat

9 aylıq

11 saat

3 saat (2 dəfə)

14 saat

12 aylıq

11 saat

2 saat 30 dəq (2 dəfə)

13 saat 30 dəq

 

Körpələrdə yuxu rejiminin yaxşılaşdırılması.Körpələrə rahat yuxunu təmin etmək üçün müxtəlif qaydalara riayət etmək lazımdır. İlk öncə mühiti (işıq, səs, temperatur) uyğunlaşdırmağınız tövsiyə edilir. Uşaq yatdığı otaqda bütün işıqları yandırmağ olmaz. Çünki qaranlıq otaq uşağın bioloji ritmi ilə eynidir. Olduqca sakit bir mühit uşaq üçün yad gələ bilər. Odur ki, uşaqğı yatızdırarkən onu gözəl sözlərlə və xəfif zümzümə  (laylay) oxumaq lazımdır. Uşaqların rahat yuxusu üçün 20-24 dərəcə temperatur normal sayılır. Körpəni yuxuya hazırlamaq üçün, yuxu öncəsi rituallar mütləqdir. Bunun üçün bir neçə fəaliyyət icra etmək olar: ilıq duş, uşaq massajı, rahatlayıcı musiqi və ya laylay söyləmək, əmizdirmək və ya əmzik vermək, qazını çıxarmaq, bələmək.

Gecə qidalanma: шlk 3 ayda körpə gecə 1-2 dəfə qidalana bilər. 3-6 ayında bir dəfə, 6 aydan sonra isə körpənin gecə qidalanmasına ehtiyac yoxdur. Həddən artıq qidalanma qarın nahiyəsində sancılara səbəb ola bilər. Bütün bu qaydalara əməl etməklə körpənin yuxu rejimini yaxşılaşdırmaq olar. Sadalanan bütün proseslərdən sonra körpənin yuxu problemi davam edirsə, bu zaman həkimə müraciət etmək lazımdır. Körpənin rahat yuxusu onun sağlamlığını qoruyur.

Aptekonline/Realpress.az


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.