TEZ-TEZ XƏSTƏLƏNƏN UŞAQLAR VƏ BÖYÜKLƏR

TEZ-TEZ XƏSTƏLƏNƏN UŞAQLAR VƏ BÖYÜKLƏR
17 İyul 2019 11:29

TEZ-TEZ XƏSTƏLƏNƏN UŞAQLAR VƏ BÖYÜKLƏR

Realpress.az Aptekonline.az-a istinadla bildirir ki, tez-tez xəstələnən uşaqlar və böyüklər heç də az rast gəlinən vəziyyət deyildir. Bu cür xəstəliklərin yaranmasında hər zaman “viruslar”günahkar deyildir, hərçənd bizə tanış olan Kəskin Respirator Virus İnfeksiyalarını (KRVİ) onlar törədir.

“İmmunitetin çatışmazlığı”nın əsas əlamətləri. Əgər Sizdə bu əlamətlərdən biri və ya bir neçəsi varsa: son zamanlar (son il ərzində) soyuqdəymə hallarının sayı artıb; 2 dəfədən çox antibiotik kursu aparılıb; 3 dəfədən çox bakterial sinusit olub və ya xroniki sinusit var; tez-tez ressidiv verən herpes qeydə alınır; xroniki bronxitin tez-tez kəskinləşməsi; dəri və dərialtı toxumanın bakterial infeksiyaları, dəri və selikli qişaların göbələk infeksiyaları müşahidə olunur; 2 dəfə pnevmoniya keçirmə halları qeydə alınıb; 4 dəfədən çox gözün infeksion xəstəlikləri olub; banal infeksiyanın başlanması əsassız ağırlaşmalara gətirib çıxarır bu, “immunitetin çatışmazlığı”na işarə ola bilər.

Tez-tez xəstələnmənin əsas cəhəti “təkrar”lardır. Məhz “təkrar”lar immunitetin işində problemlərin olduğuna dəlalət edə bilər. Tez-tez xəstələnən uşaqlar KRX-in təkrarlanma epizodlarının tezliyinə görə aşağıdakı qruplara bölünür. Bir yaşadək uşaqlarda – 4 və artıq, 1-3 yaşlı uşaqlarda – 6 və artıq, 4-5 yaşlı uşaqlarda – 5 və artıq, 5 yaşdan yuxarı uşaqlarda – 4 və artıq. Həkimlər il ərzində uşaqlarda 6, böyüklərdə isə 2-3 dəfə xəstələnməni normal sayır.

Tez-tez xəstələnmənin profilaktikası. İlk öncə normal immunitetin saxlanması üçün həyat tərzinin dəyişdirilməsinə, orqanizmin tam müayinəsinə və immun zəifliyin səbəblərinin aşkarlanmasına, bu vəziyyətin korreksiya olunması üçün həkim tərəfindən müvafiq sağlamlaşdırıcı prosedurların aparılmasına yönəldilməlidir. Müxtəlif və dəyərli qida rasionuna nəzarət edilməlidir. İlin istənilən vaxtı qida balanslaşdırılmış olmalı, özündə əsas qida maddələri, mikroelementlər və vitaminlər saxlamalıdır. Gündəlik süd məhsullarından istifadə edilməlidir. Yarımfabrikatlardan uzaq olmaq lazımdır.

Tez-tez xəstələnən uşağın ideal istirahəti aşağıdakı kimi olmalıdır (hər bir söz vacibdir): kənddə yay; yanında qum olan və quyu suyu ilə doldurulmuş hava basseyni; geyim forması – ayaqyalın və təkcə alt paltarında; sabundan bacardıqca az istifadə; yalnız “Ana, mən acından ölürəm!” deyə qışqırdıqda qidalandırma. Paltarsız, kirli-kirli sudan quma tullanan, özü yemək tələb edən, təmiz hava ilə nəfəs alan və çox insanla kontakda olmayan uşaq şəhər mühitində zədələnmiş immunitetini 3-4 həftə ərzində bərpa edir.

İmmunprofilaktika olaraq bir sıra KRVİ törədicilərinə qarşı müvafiq vaksinlərdən istifadəni göstərmək olar, çox təəssüf ki, əsas törədicilərə qarşı spesifik vaksin yoxdur. Buna görə də respirator xəstələnmələrin aşağı salınması üçün bir sıra vasitələr istifadə olunmaqdadır. Bura bitki mənşəli preparatlar, beta-qlükanlar, vitaminlər, homeopatik preparatlar və s. aiddir.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.


10 Dek 2019
Səhiyyə - Sağlamlıq

Baş ağrıları haqqında ən vacib məlumatlar – VİDEO

Baş ağrıları kariesdən sonra insanlar arasında ən yayılmış xəstəlik sayılır.

9 Dek 2019
Səhiyyə - Sağlamlıq

Acqarına su içməyin sağlamlığa 10 faydası

İnsan orqanizmi 80% qədər mayedən ibarətdir. Orqanizmdə gedən bütün proseslər məhz maye mühitində baş verir, maye orqanizmin hər hüceyrəsinə daxildir, qan və limfanın əsas hissəsi mayedir.

28 Noy 2019
Səhiyyə - Sağlamlıq

Kəskin respirator virus infeksiyaları

Kəskin respirator virus infeksiyası (KRVİ) - virus xəstəliyi olub, tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Xalq arasında bu xəstəliyi "soyuqdəymə" adlandırırlar. Alimlər 200-dən çox respirator viruslar aşkar ediblər. Bunlardan ən çox təsadüf olunan viruslar -paraqrip, adenovirus, rinoviruslardır. KRVİ  əsasən hava-damcı yolu ilə yoluxur. İnfeksiya mənbəyi xəstə insanlardır.

28 Noy 2019
Səhiyyə - Sağlamlıq

Əllərdə bu dəyişikliklər AĞCİYƏR XƏRÇƏNGİNƏ işarə edir - FOTO

Xərçəngin ilkin mərhələlərdə aşkar olunması insanın sağlamlığını və həyatını xilas etməyə imkan verir. Bu səbəbdən xərçəngin ilkin simptomlarını bilmək çox vacibdir.