Qanı təmizləyən və arıqlamağa kömək edən MEYVƏ

Qanı təmizləyən və arıqlamağa kömək edən MEYVƏ
18 İyul 2019 10:34

Dadlı, sulu və tərkibi vitaminlərlə zəngin gilas yayın ən sevimli meyvələrindəndir.

Realpress.az AZƏRTAC-a istinadla bildirir ki, gilas meyvələri immuniteti artırmaq və orqanizmi zəhərli maddələrdən təmizləmək xüsusiyyətinə malikdir.

Öd kisəsində olan daşların parçalanıb tökülməsində gilasın tərkibində olan turşu birləşmələrinin böyük rolu var.

Orqanizmdə olan artıq mayeni, zərərli qidaları bədəndən xaric edir, qanı təmizləyir və bunun nəticəsində arıqlamağa kömək edir.

Hisə verilmiş qidaların qəbulundan sonra bir ovuc gilas yeyilməsi qidanın zərərli maddələrinin xaric olmasına səbəb olur. Məhz həmin xüsusiyyətlərinə görə gilas "qaraciyərin dostu" sayılır.

Qəbizlik və öskürək zamanı da gilas çox faydalıdır.

Arıqlamaq istəyənlərə onun meyvələri ilə qidalanmaq məsləhət görülür.

Gilas ağacının qabığının dəmləməsi qızdırmanı aşağı salır.

Meyvənin saplağını dəmləyib içmək sidikqovucu kimi müsbət təsir göstərir.

Qırmızı gilasın suyunun üz və boyun nahiyəsinə sürtülməsi dəridə olan qırışları açır və dərinin rəngi təmizlənir, təravətlənir.



13 Dek 2019
Səhiyyə - Sağlamlıq

Qulaq ağrısı zamanı həm müalicə, həm də profilaktika

Dəyişkən hava şəraiti zamanı, çöldə hava soyuq olduqda, evlərdə, ofis və məişət yerlərində isitmə sistemləri və ya kondisionerlər qoşulur. Havanın temperaturunun dəyişkən olması, soyuqlama təhlükəsi olan insanları qalın geyinməyə, bəzilərinin özlərini "bürümələrinə" vadar edir. Bu isə müqavimətin zəifləməsinə gətirib çixardır.

12 Dek 2019
Səhiyyə - Sağlamlıq

Burun tənəffüsünün pozulması niyə təhlükəlidir? - FOTO

"Ağızla nəfəs almaq - burunla yemək kimi bir şeydir" - qədim atalar sözüdür.

10 Dek 2019
Səhiyyə - Sağlamlıq

Baş ağrıları haqqında ən vacib məlumatlar – VİDEO

Baş ağrıları kariesdən sonra insanlar arasında ən yayılmış xəstəlik sayılır.

9 Dek 2019
Səhiyyə - Sağlamlıq

Acqarına su içməyin sağlamlığa 10 faydası

İnsan orqanizmi 80% qədər mayedən ibarətdir. Orqanizmdə gedən bütün proseslər məhz maye mühitində baş verir, maye orqanizmin hər hüceyrəsinə daxildir, qan və limfanın əsas hissəsi mayedir.