Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb

Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb
20 İyul 2019 16:18

Bu ilin yanvar-iyun aylarında Gürcüstanda bir Azərbaycan vətəndaşı itkin düşüb.

Realpress.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilib.

Azərbaycan vətəndaşının axtarışları davam etdirilir.

Hesabat dövründə qonşu ölkədə 4 Səudiyyə Ərəbistanı, 8 Belçika vətəndaşı, 1 Qazaxıstan vətəndaşı və 2 Rusiya vətəndaşı itkin düşüb. Səudiyyə Ərəbistanı vətəndaşlarının 2-si, Belçika vətəndaşlarının 4-ü, Rusiya vətəndaşlarının isə 1-i sağ-salamat tapılıb.

İtkin düşən Gürcüstan vətəndaşlarının sayı isə 130 nəfər təşkil edib. Onların 41-i sağ-salamat, 5-i isə ölü tapılıb.

Realpress.az


18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.