Azərbaycanın “Şahdağ” kurortu Rusiyanın və MDB ölkələrinin dağlarında fəal yay istirahəti üçün ən populyar yerlərdən biridir.
Belə ki, “Şahdağ” kurortu “TurStat” analitik agentliyinin təqdim etdiyi reytinqdə yer alıb.
Agentlik fəal istirahət və yay trekinqi üçün Rusiyanın və MDB ölkələrinin dağ kurortları reytinqini təqdim edib.
“TurStat”ın araşdırmasına əsasən, kurortların ilk onluğuna Soçidəki Krasnaya Polyana, Almatıdakı Çimbulak, Krımdakı Krım dağları, Azərbaycandakı “Şahdağ” kurortu, Qaraçay-Çərkəzdəki Dombay və digərləri daxildir.
Dağ kurortlarının siyahısı populyarlıq, infrastrukturun inkişafı və nəqliyyatın əlçatanlığı üzrə aparılmış təhlilin nəticələri əsasında tərtib edilib.
Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın turizm məkanı kimi də böyük potensiala malikdir. Zəngin flora və faunası, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı və İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı ərazinin turizm imkanlarını genişləndirir. Səthin dağlıq olması gələcəkdə burada dağ və qış turizminin inkişafına təkan verəcək.
“Buta Airways” aşağıbüdcəli aviaşirkəti 6 dekabr tarixindən Bakı-İzmir-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirəcək.
Azərbaycan Hava Yolları QSC (AZAL) Türkiyəyə səyahət edən sərnişinlərə müraciət edib.