“Xiaomi” şirkəti 500 ən böyük şirkət sırasında yer alıb

“Xiaomi” şirkəti 500 ən böyük şirkət sırasında yer alıb
22 İyul 2019 17:25

"Fortune" nəşrinin versiyasına görə, Çinin smartfon və başqa istehlak elektronikası istehsalçısı olan "Xiaomi" ilk dəfə dünyanın 500 ən böyük şirkətlərinin reytinqinə daxil edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "Fortune Global 500" reytinqində "Xiaomi" şirkəti 468-ci yeri tutub. Şirkətin kapitallaşdırma dəyəri 21,15 milyard dollar məbləğində qiymətləndirilib, şirkətdə 16680 nəfər işləyir.

 

"Xiaomi 9 il ərzində "Fortune Global 500" reytinqinə daxil olmağa müvəffəq olub. Biz öz pərəstişkarlarımıza və "Mi" istifadəçilərinə dəstəyə görə təşəkkür etməliyik. Biz, həmçinin bu il reytinqdə ən gənc şirkətik" – "Xiaomi" şirkətinin təsisçisi, direktoru və direktorlar şurasının sədri Ley Szyun deyib.

Realpress.az


13 Dek 2019
İT

“Apple” şəkillərin keyfiyyətini yüksəltmək üçün startapı satın alıb

ABŞ-ın “Apple” korporasiyası Britaniyanın “Spectral Edge” startapını satın alıb. Startap tərəfindən hazırlanmış texnologiya ABŞ şirkətinin smartfonları ilə çəkilən şəkillərin keyfiyyətini yüksəltməyə imkan verəcək.

13 Dek 2019
İT

Gələcəyin əsas internet təhdidləri açıqlanıb

Kibertəhlükəsizlik sahəsində işləyən mütəxəssislər 2020-ci ildə istifadəçiləri kiberməkanda gözləyən təhdidlərin əsas kateqoriyalarını açıqlayıblar. Bu haqda “Avast” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

13 Dek 2019
İT

“Panasonic” Yaponiyada rəqəmli "Belosnejka güzgüsü" quraşdırıb

Yaponiyanın “Panasonic” şirkəti tərəfindən “KOSE” kosmetika mağazasında quraşdırılmış "ağıllı" güzgü ziyarətçilərə dəriyə qulluq üzrə fərdiləşdirilmiş tövsiyələr verir. Güzgünün daxilinə insanın üzünü skan edən, nəticə və tövsiyələri güzgünün səthinə çıxaran sensorlar quraşdırılıb.  

13 Dek 2019
İT

“Windows 7” sistemində antivirusun yenilənməsi dayandırılacaq

“Microsoft” korporasiyası 14 yanvar 2020-ci il tarixində “Windows 7” əməliyyat sisteminin idarəetməsi ilə işləyən fərdi kompüterlər üçün təhlükəsizlik yeniləmələrinin göndərilməsini, eləcə də “Windows 7” sisteminə quraşdırılan pulsuz “Security Essentials” (MSE) antivirusunun dəstəklənməsini dayandıracaq.

13 Dek 2019
İT

Başqasının “iPhone” modelini bloklayan üsul aşkarlanıb

"iPhone" smartfonları üçün "AirDrop" funksiyasında qurğunu uzun müddət bloklamağa imkan verən boşluq aşkarlanıb. Səhv kibertəhlükəsizlik sahəsində ekspert Kişan Baqariyanın bloqunda təsvir edilib.