SAĞLAM HƏYAT ÜÇÜN C VİTAMİNİ NƏ DƏRƏCƏDƏ ƏHƏMİYYƏTLİDİR!

SAĞLAM HƏYAT ÜÇÜN C VİTAMİNİ NƏ DƏRƏCƏDƏ ƏHƏMİYYƏTLİDİR!
22 İyul 2019 17:48

SAĞLAM HƏYAT ÜÇÜN C VİTAMİNİ NƏ DƏRƏCƏDƏ ƏHƏMİYYƏTLİDİR!

Vitaminlər insan orqanizmi üçün olduqca vacib birləşmələr olub, qidamızın zəruri hissəsidir. Vitaminlər içərisində xüsusi əhəmiyyətə malik olan biri də, C vitaminidir (askorbin turşusu).

C vitamininə olan təlabat. Askorbin turşusunun insana lazım olan gündəlik miqdarı digər vitaminlərlə müqayisədə daha yüksəkdir.

Cins

Körpələr 

Qadınlar

Kişilər

Yaş

6 ayadək

7-12 ay

1-3 yaş

4-8 yaş

9-13 yaş

14-18 yaş

19 yaş və daha çox

14-18 yaş

19 yaş və daha çox

C vitaminin gün-dəlik dozası mq-la

40

50

40

45

50

65

90

75

75

C vitaminin bioloji rolu. C vitamini insan orqanizmin normal fəaliyyəti üçün çox vacibdir. Ümumilikdə bu vitamin orqanizmdə gedən 300-dən artıq bioloji prosesdə iştirak edir: zülallar, yağlar, karbohidratların mübadilə proseslərini normallaşdırır; fol turşusu və dəmir mikroelementinin mübadiləsində iştirak edir; kalsium, dəmir kimi vacib mikroelementlərin mənimsənilməsinə kömək edir;  immun sistemi hüceyrələrinin  əmələ gəlməsini stimullaşdırır. Virus və xərçəng əleyhinə təsiri olan interferonların əmələ gəlməsində iştirak edir, immuniteti möhkəmləndirir. Orqanizmin infeksiyalar və allergenlərə qarşı davamlılığını artırır. Kollagen zülalının sintezində iştirak edir, yaraların tez sağalmasına kömək edir. Orqanizmi sərbəst radilkalların təsirindən qoruyur, qocalma proseslərini ləngidir. Qanda şəkərin səviyyəsini aşağı salır, xolesterinin səviyyəsini normallaşdırır, qanın qırmızı hüceyrələrin yaranmasını stimullaşdırır, qanın laxtalanma proseslərini tənzimləyir, damarların və kapilyarların divarlarını möhkəmləndirir. Müxtəlif xəstəliklərin profilaktikasına xidmət edir (ürək-damar, şiş xəstəlikləri və s.). Bir çox tədqiqatlar C vitaminin yoğun bağırsağın, qida borusunun, sidik kisəsinin, endometriumun və bəzi digər orqanların xərçəng xəstəliyinin  profilaktikasında böyük rol oynadığını sübut etmişdir.

C vitaminin çatışmazlığı. Orqanizmdə C vitaminin çatışmazlığı zamanı müəyyən pozulmalar meydana çıxır: əzələlərdə ağrılar, ümumi zəiflik, süstlük, damaqların qanaması, saçların tökülməsi, dərinin quru olması və qabıq verməsi və s. C vitaminin kəskin çatışmazlığı zamanı dişlərin tökülməsi, ürək nahiyəsində ağrılar, mədə və bağırsaqların fəaliyyətində pozulmalar əmələ gəlir.

C vitaminin çatışmazlığının müalicəsi. C vitaminin çatışmazlığı zamanı tərkibində bu maddə olan preparatlar, qida əlavələri və ya tərkibində C vitamini yüksək olan qidalar (itburnu, qara qarağat, çaytikanı, bolqar bibəri, kələm, pomidor, sitrus meyvələri (limon, portağal və s.), çiyələk, ispanaq, cəfəri, şüyüd, qoz və s) qəbul etmək lazımdır. İtburnu, qara qarağat, çaytikanı kimi giləmeyvələrin tərkibində sitrus meyvələri ilə müqayisədə C vitaminin miqdarı bir neçə dəfə çoxdur. Meyvə və tərəvəzləri mümkün qədər çiy vəziyyətdə istifadə etmək lazımdır.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

 


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.