Realpress.az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Elçin Kazımovun yerinə Zaur Adilov təyinat alıb.
Elçin Kazımov sərəncama götürülüb.
Z.Adilov buna qədər Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Bəyannamələrinin təhlili və kameral vergi yoxlamaları idarəsinin direktor müavini vəzifəsində çalışıb.
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə Məmmədov Bəxtiyar İbrahim oğlu Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru, zavodun keçmiş direktoru İsmayılov Elman Abbas oğlu isə SOCAR-ın emal üzrə vitse-prezidentinin müavini təyin olunub.
Marşrut şəbəkəsini genişləndirmək və sərnişin axınını artırmaq məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu iri sərnişin aviadaşıyıcılarının cəlb edilməsi və yeni istiqamətlərin açılması üzrə genişmiqyaslı işlər aparır.
Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Baker Hughes” beynəlxalq şirkəti arasında bir sıra sənədlər imzalanıb.