ÜRƏK –DAMAR SİSTEMİ XƏSTƏLİKLƏRİ NƏDİR?

ÜRƏK –DAMAR SİSTEMİ XƏSTƏLİKLƏRİ NƏDİR?
26 İyul 2019 15:05

ÜRƏK –DAMAR SİSTEMİ XƏSTƏLİKLƏRİ NƏDİR?

Ürək-damar sistemi xəstəlikləri (ÜDX) qrupuna aşağıdakı ürək və qan damarlarının xəstəlikləri aiddir: Ürəyin İşemik Xəstəliyi (ÜİX), baş beyin damarlarının xəstəlikləri, periferik arteriyaların xəstəlikləri, revmokardit, anadangəlmə ürək qüsurları, dərin venaların trombozu və ağciyərlərin emboliyası. ÜDX-in əsas təzahürü stenokardiyadır. Son zamanlar bu xəstəliyin çox “cavanlaşması” müşahidə olunur.

ÜDX yayılması. ÜDX bütün dünyada ölümün əsas səbəbi kimi dəyərləndirilir, il ərzində heç bir xəstəlikdən ÜDX-dən daha çox insan ölmür. 2016-cı ildə ÜDX-dən 17.9 milyon insan vəfat edib, bu isə dünyada olan ölümlərin 31%-ni təşkil edir. Bu ölümlərin 85%-i ürək tutması və ya insult nəticəsində baş verib. Proqnozlara görə bu xəstəliklər gələcəkdə də ölümün əsas səbəbi olcaq.

ÜDX-in ümümi simptomları hansılardır? İnfarktın simptomları aşağıdakılardır: döş qəfəsinin ortasında ağrı və ya xoşagəlməz hiss; qollarda, sol çiyində, dirsək, çənə və ya kürək nahiyəsində ağrı və ya xoşagəlməz hiss. Bundan başqa xəstədə tənəffüsdə çətinlik və ya hava çatışmazlığı; ürəkbulanma və ya qaytarma; başgicəllənmə və ya huşun itirilməsi; çiyində və çənədə ağrılar; bədənin soyuq tərlə örtülməsi və solğunluq kimi əlamətlər müşahidə oluna bilər.

ÜDX-də risk faktorları hansılardır? ÜDX əsas risk faktorları aşağıdakılardır: düzgün olmayan qidalanma, fiziki inertlik, tütündən və alkoqoldan istifadə. Zərərli faktorlar kimi arterial təzyiqin yüksəlməsi, qanda qlükozanın və lipidlərin  səviyyəsinin artması, həmçinin artıq çəki və piylənmə qeyd olunmalıdır. ÜDX-nin rastgəlmə tezliyini təyin edən faktorlara həmçinin yoxsulluq, stress və irsiyyət də daxildir. Əgər insanda bu faktorlardan hansısa biri varsa bu zaman ÜİX-in olma ehtimalı 2-3 dəfə artır. Bununla əlaqədar ÜİX-in profilaktikası vacibdir.

ÜDX və onların ağırlaşmalarının effektiv profilaktikası üçün cəmi 6 qayda yerinə yetirilməlidir: Arterial təzyiqinizi nəzarətdə saxlayın; Xolesterinin səviyyəsinə nəzarət edin; Düzgün qidalanın; Fiziki hərəkətlərlə məşğul olun: hətta az hərəkət hərəkətsizlikdən daha yaxşıdır; Siqaret çəkməyin, əgər artıq çəkirsinizsə nə qədər çətin olsa da atmağa çalışın.

ÜDX-dən əziyyət çəkən və ya bu xəstəliklərin əmələ gəlmə riski yüksək olan insanların (bir və ya bir neçə risk faktoru olanlar, məsələn, yüksək arterial təzyiq, diabet, hiperlipidemiya) erkən aşkarlanmaya və həkim məsləhətinə, eyni zamanda lazım olduqda müvafiq dərman preparatlarının qəbuluna ehtiyacı var.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Realpress.az



1 May 2020
Səhiyyə - Sağlamlıq

Cəlal İsayev: “Ölkədə epidemioloji vəziyyət vətəndaşlardan asılıdır” - ŞƏRH

Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha 58 nəfər koronavirusdan sağaldı - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - 38 yeni yoluxma

Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilər

Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.