Kredit faizləri aşağı salına bilər - AÇIQLAMA - VİDEO

Kredit faizləri aşağı salına bilər - AÇIQLAMA - VİDEO
27 İyul 2019 09:55

Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyəti uçot dərəcəsinin 8,5 faizdən 8,25 faizə endirilməsi barədə qərar qəbul edib.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.

Faiz dəhlizinin yuxarı həddi 10,25, aşağı həddi isə 6,25 səviyyəsində müəyyən olunub. Qərar iyulun 26-dan qüvvəyə minir.
Mərkəzi Bankın sədri qorunan manat əmanətlərinin 10 faizə, xarici valyutada əmanətlərin isə 2,5 faizə endirilməsinin səbəblərini də açıqlayıb. Baş bankir bunun kredit faizlərini aşağı salacağını vurğulayıb.

Elman Rüstəmov manatın məzənnəsindən də danışaraq bildirib ki, Dövlət Neft Fondunun 800 milyon manatlıq satılmayan vəsaiti var. Əgər həmin vəsait bazara çıxsaydı, manatın məzənnəsi xeyli möhkəmlənərdi. Hazırda manatın yenidən dəyər qazanmağa davam etdiyini bildirən Elman Rüstəmov manatın bahalaşmasını istəmədiklərini də açıqlayıb.

Elman Rüstəmov onu da açıqlayıb ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 9,4% artaraq 49 mlrd. dollara çatıb.

Onun sözlərinə görə, cari ilin əvvəlindən ölkənin valyuta ehtiyatları 4,2 mlrd. dollar artıb.

Baş bankir onu da bildirib ki, cari ilin sonuna Azərbaycanda inflyasiyanın 4 faiz olacağı gözlənilir.

Mərkəzi Bankın sədri bu göstəricinin artacağı təqdirdə müvafiq tədbirlərin görüləcəyini vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Realpress.az


11 Dek 2019
İqtisadiyyat

Neft Emalı Zavoduna yeni direktor təyin olunub

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə Məmmədov Bəxtiyar İbrahim oğlu Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru, zavodun keçmiş direktoru İsmayılov Elman Abbas oğlu isə SOCAR-ın emal üzrə vitse-prezidentinin müavini təyin olunub.

10 Dek 2019
İqtisadiyyat

Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətləri cəlb edir

Marşrut şəbəkəsini genişləndirmək və sərnişin axınını artırmaq məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu iri sərnişin aviadaşıyıcılarının cəlb edilməsi və yeni istiqamətlərin açılması üzrə genişmiqyaslı işlər aparır.

10 Dek 2019
İqtisadiyyat

SOCAR və “Baker Hughes” arasında bir sıra sənədlər imzalanıb

Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Baker Hughes” beynəlxalq şirkəti arasında bir sıra sənədlər imzalanıb.

9 Dek 2019
İqtisadiyyat

Dollar və manatın bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 9 dekabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb.