"İstərdim ki, hamı rəqs etsin, şənlənsin" - Leyla Əliyeva - FOTO

"İstərdim ki, hamı rəqs etsin, şənlənsin" - Leyla Əliyeva - FOTO
27 İyul 2019 12:17

"İstərdim ki, hamı rəqs etsin, şənlənsin, heç kim darıxmasın". Bu sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva səsləndirib.

Realpress.az xəbər verir ki, “Jara-2019” Beynəlxalq Musiqi Festivalının fəxri qonağı xanım Əliyeva musiqi bayramının ikinci günündə qırmızı xalının üzərindən keçərkən aparıcının “Gələn il artıq beşinci, yubiley festivalı keçiriləcək, siz “Jara” festivalına nə arzulayardınız?” sualını belə cavablandırıb:

"Mən festival iştirakçılarına daha çox uğurlar, tamaşaçılara daha çox musiqi, daha çox sevgi diləyirəm. Festivalda daha çox adamın iştirakını arzulayıram. Çünki bu festival hamını birləşdirir. Ən xoş arzularımı çatdırıram. Hamıya cansağlığı arzulayıram".

Qırmızı xalı üzərindən Emin Ağalarov, Stas Mixaylov, Qriqori Leps, Tamara Qverdtseteli, Slava, Stiven Siqal, Sergey Jukov, Jasmin, Diana Arbenina, Filipp Kirkorov, Brendon Stoun, Denis Klyaver, İqor Nikolayev, Aygün Kazımova, Lyubov Uspenskaya, Aleksandr Panayotov, Leonid Aqutin, Valeriya, Viktoriya Dayneko, Brilliant Dadaşova, İlqar Xəyal, Nigar Camal, “Lyube”, “Cosmos Girls”, “Novıe samotsvetı”, “Fabrika”, “Ruki Vverx”, “Otpetıe moşenniki”, “Artik & Asti” qrupları keçiblər.

Qeyd edək ki, "Jara" 25-28 iyul tarixlərində keçirilir. Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur. 


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.