Bu gün saat 21:00-da Heydər Əliyev Mərkəzinin parkında, nüfuzlu “Jara” Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada konsert proqramı təşkil olunacaq.
realpress.az xəbər verir ki, Rusiyanın MUZ TV telekanalının təşkilatçılığı ilə keçirilən və “open-air” adlanan musiqi və əyləncə dolu gecədə Azərbaycanın Xalq artisti Emin Ağalarov, Svetlana Loboda, İrina Dubtsova, HammAli & Navai, Mari Kraymberi, MBAND, Mot, NATAN, Nyuşa, Ciqan, Rauf & Faik, Zvonki, Aleksey Çumakov, Yuliya Kovalçuk, RASA, Mitya Fomin, İrina Nelson, Maşa Veber və digər məşhur ulduzlar çıxış edəcəklər.
Qeyd edək ki, ulduzlu gecəyə hər kəs dəvətlidir və konsert proqramına giriş sərbəstdir.
Məşhur aktrisa Aydan Şener qızı dünyaya gəldikdən sonra bir daha evlilik haqqında düşünmədiyini etiraf edib.
2019-cu ilin ən səs-küylü qalmaqalları - VİDEO
Əməkdar artist, xanəndə Fərqanə Qasımova hazırda Parisdə qastroldadır.
Rusiyada yaşayan azərbaycanlı repçilər onlara atəş açılması ilə bağlı polisə müraciət ediblər. 27 yaşlı Aleksandr Əliyev və 24 yaşlı Nəvai Bəkirov (HammAli & Navai) Moskvadan Lipetskə konsert verməyə gəliblər. “Meqapolis” mədəniyyət-əyləncə mərkəzinin qarşısında keçirilən konsertin gedişində polisə binada mina alması barədə məlumat daxil olub. Bununla bağlı hadisə yerinə xüsusi-mühafizə, hüquq-mühafizə xidmətinin əməkdaşları və tibb işçiləri cəlb olunub. Üst geyimlərini belə geyinə bilməyən 500-ə yaxın tamaşaçı küçəyə çıxarılıb.