Yük avtomobili qəza törətdi, 27 qoyun tələf oldu - FOTO

Yük avtomobili qəza törətdi, 27 qoyun tələf oldu - FOTO
29 İyul 2019 08:50


Göyçay rayonunda magistral yolda xırda buynuzlu heyvanların vurulması ilə nəticələnən yol qəzası baş verib.

realpress.az-ın verdiyi xəbərə görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 205-ci km-də, rayonun Bığır kəndi ərazisində qeydə alınıb.

Ağsudan Göyçay istiqamətində hərəkətdə olan Ucar rayon sakini Mütəllim Bağıyevin idarə etdiyi yük avtomobili yoldan keçən  qoyun sürüsünü vurub. Nəticədə Göyçay rayon Bığır kənd sakini Eldəniz Cəbrayılova məxsus 27 baş qoyun tələf olub. 

Faktla bağlı araşdırma aparılır.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.