Azərbaycan Mərkəzi Bankı 30 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Realpress.az-a verilən məlumata görə, iyulun 30-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1.8933 manat təşkil edir.
1 türk lirəsi 0.3028 manat, 1 rus rublu 0.0268 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0.5782 manatdır.
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə Məmmədov Bəxtiyar İbrahim oğlu Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru, zavodun keçmiş direktoru İsmayılov Elman Abbas oğlu isə SOCAR-ın emal üzrə vitse-prezidentinin müavini təyin olunub.
Marşrut şəbəkəsini genişləndirmək və sərnişin axınını artırmaq məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu iri sərnişin aviadaşıyıcılarının cəlb edilməsi və yeni istiqamətlərin açılması üzrə genişmiqyaslı işlər aparır.
Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Baker Hughes” beynəlxalq şirkəti arasında bir sıra sənədlər imzalanıb.