Elçin Quliyev Ermənistanla sərhədə gəldi

Elçin Quliyev Ermənistanla sərhədə gəldi
30 İyul 2019 14:19

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən BAKU.WS-ə məlumat verilib.

E.Quliyev sərhəd döyüş məntəqələrində şəxsi heyətlə görüşüb, xidməti və yaşayış şəraitlərinə baxış keçirib.

Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının icra vəziyyəti, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərlə tanış olub.

Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən xidməti müşavirədə hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib. 

Realpress.az


11 Dek 2019
Hərbi

Zakir Həsənov komandir-rəis heyəti qarşısında tapşırıqlar qoydu

Zakir Həsənov komandir-rəis heyəti qarşısında tapşırıqlar qoydu

11 Dek 2019
Hərbi

Düşmən atəşkəsi yenə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

7 Dek 2019
Hərbi

Cəbhədə düşmən təxribatları davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

6 Dek 2019
Hərbi

Ermənilər atəşkəsi 23 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.