Qorxmaz Əlili fəxri ad almasına etiraz etdi: "60 yaşdayam, artıq gecdir ..."

Qorxmaz Əlili fəxri ad almasına etiraz etdi: "60 yaşdayam, artıq gecdir ..."
01 Avq 2019 16:23

"Açığını deyim, mən bu addan qaçırdım. İstəmirdim, hirsləndim. Artıq 60 yaşdayam, gecdir... Naz etmirəm, dostlarım məni yaxşı tanıyır, olanı deyirəm. Vaxt-zaman keçir, bəlkə də sakitləşirəm".

Realpress.az xəbər verir ki, bu sözləri dünən "Əməkdar artist" fəxri ada layiq görülən aktyor və şoumen Qorxmaz Əlilicanzadə (Əlili) deyib.

Q.Əlilicanzadə fəxri adla təltif edildiyinə görə, minnətdarlıq da edib:

"Bizim möhtərəm prezidentimizə və silahdaşı Mehriban xanıma minnətdaram. Kinostudiyanın direktoru Müşfiq müəllimə də minnətdarlığımı bildirmək istəyirəm. Sağ olsun ki, mənim təqdimatımı verdi. Düzdür fəxri ad sənət adamına stimul verir".

Qeyd edək ki, Q.Əlilicanzadə soyadının anonslarda düzgün səsləndirilməməsinə etiraz əlaməti olaraq "Hər şey daxil" verilişinə gəlməkdən imtina etmişdi. Lakin canlı yayımlanan proqramın ortasında verilişə qatılmağa qərar verib.

13 Dek 2019
Şou-biznes

Azərbaycanlı meyxanaçılar məşhur kriminal avtoritetlə birlikdə - VİDEO

Azərbaycanlı meyxanaçıların kriminal aləmin nümayəndələri ilə görüntüləri yayılıb.

13 Dek 2019
Şou-biznes

Rihanna Milad bayramını BELƏ QEYD ETDİ — VİDEO

Dünyaca məşhur müğənni Rihannanın rəqsi izləyicilər tərəfindən çox bəyənilib.

13 Dek 2019
Şou-biznes

Emin Ağalarovun dəbdəbəli ad günündən görüntülər - VİDEO

Azərbaycanın xalq artisti, müğənni-bəstəkar Emin Ağalarov dəbdəbəli ad günü mərasimi keçirib.