Tokioda yerləşən "ALI Technologies Inc." startap şirkəti uçan motosikllər üçün sifarişlərin qəbuluna başlayır.
Realpress.az musavat.com-a istinadən bildirir ki, pilotsuz kiçik aparatların yaradılması ilə məşğul olan bu startap şirkəti payızda keçiriləcək "Tokyo Motor Show" avtomobil sərgisində həmin məhsulunu nümayiş etdirməyi planlaşdırır.
Yeni texnologiyaların istifadə edildiyi həmin aparat əsasən, imkanlı əcnəbilər üçün nəzərdə tutulur. İlkin sifarişlər əsasında təqribən 100-dək motosiklin satışı nəzərdə tutulur. Təqribən yerdən 10 metr hündürlükdə uçan bu motosikllərin maksimal sürəti saatda 200 kilometrə çatır.
ABŞ-ın Corc Vaşinqton Universitetinin tədqiqatçıları saxlama şəraitinə riayət etməklə il ərzində xarab olmayan yeni alma sortu yetişdiriblər. Meyvələr artıq ABŞ-da satışa çıxarılıb.
Xoakin Feniks Hollivudda heyvansevər, hər fürsətdə onların qayğısına qalan bir aktyor kimi tanınır.
"Twitter" şirkəti altı ay müddətində aktiv olmayan hesabların silinməsi ilə bağlı qərarını təxirə salıb.